Balıq yeməyin 10 faydası

Balıq yeməyin 10 faydası

1. Ürəyin sağlamlığını qoruyur
Balığın tərkibində doymamış yağ turşusu var. Buna görə də ətdən fərqli olaraq xolestrolun səviyyəsini aşağı salır. Əsl yaralı yağ isə Omeqa 3-dür.

2. Damarları təmizləyir
Damardaxil tıxanıqlıqlar yaranmasının qarşısını alır. Dəniz məhsullarının tərkibində olan Omeqa 3 yağlarındakı EPA və DHA-lar eikosanoidlərin sağlam səviyyədə qalmasına yardımçı olur. Bu eikosanoidlər bədənin xərçəngə və digər öldürücü xəstəliklərə qarşı qoruyan hormonabənzər maddələrdir.

3. Oynaqlara faydalıdır
Oynaqlarda aşınmanın qarısını alır. Oynaqların şişməsinə yol açan romatoid artritin simptonmlarını azaldır.

4. Gözün sağlamlığı üçün vacibdir
Mütəmadi balıq yemək gözün parlaq və sağlamlığını təmin edir. Omeqa 3 yağı görüntünün bulanıqlaşmasına yol açan və yaşla bağlı olan, degenererasiyaya məruz qalanlarda görmə funksiyalarını qoruyur.

5. Dəniz məhsulları vücudun problemsiz işləməsi üçün lazım olan yod, selenium və kaliuma malikdir. Balıq A və D vitamininə malik ən zəngin qidalardandır.

6. Nəfəs problemlərinə təsirlidir
Ağ ciyərlərin qorunmasına yardımçı olur. Uşaqlarda astmanın ilkin simptomlarının qarşısını alır.

7. Depressiya ilə mübarizədə faydalıdır
Omeqa 3-ün aşağı səviyyədə olması depressiyanın yüksək səviyyədə olması ilə bağlıdır. Dəniz məhsulları mövsümi duyğuların balansda qalmasına yardımçı olur.



8. Dərinin sağlamlığı və gözəlliyi üçün əvəzedilməzdir
Dərinin ultrabənövşəyi şüalardan aldığı zədələri aradan qaldırır. Elastikliyi və protein deposunu təmin edir.

9. Bağırsağın sağlam qalmasını təmin edir
Bağırsaq xəstəliklərindən qoruyur.

10. Beyin gücünü artırır
İnsan beyninin 60%-i yağdır. Bunun əksər hissəsini də Omeqa 3 təşkil edir. Diqqətin toplanmasında, oxuma bacarığının yaxşılaşmasında, davranış, hiperaktiv pozuntuların aradan qaldırılmasında balıq ən təsirli vasitələrdəndir.
Top