Şərab haqqında

Şərab haqqında

Şərab (lat.Vinum) üzümün və ya digər meyvələrin təbii yolla qıcqırması nəticəsində əldə edilən içkidir. Şərab 9-16 dərəcə sərtlikdə olur. Bəzən daha çox sərtlikdə də şərab istehsal olunur ki, bu da meyvənin qıcqırması zamanı spirtin dərəcəsi çox olduğu zamanda baş verir.

Şərab ən qədim spirtli içkilərdəndir. Qədim zamanlarda Romada, Yunanıstanda bu içkidən çox istifadə edilib. Şərabın qırmızı və ağ olmaqla iki növ olur. Qırmızı şərab qırmızı üzümdən əldə edilir. Şərabların rəngləri kimi dadları da müxtəlif olur. Bizim eradan 5400-6000 il əvvəllər də şərab içilib.

Şərab hazırlamaq üçün üzüm tamamilə əzilir. Bu zaman onun çəyirdəklərinin bütöv qalması lazımdır, yoxsa şərabın sərtliyi daha çox olar. Sonra üzümün qıcqırma prosesi gözlənilir. 2-3 həftə ərzində qıcqırma baş verir və sprtin əmələ gəlməsi maksimum həddə çatır. Bu zaman ona şəkər əlavə olunur. Proses tam başa çatdıqda isə qarışım süzülür, filtirlənir. Əldə edilən maye şüşə butulkalara doldurulub saxlanarsa ən ucuz şərab əldə olunur.

Ən yaxşı marka şərab əldə etmək üçün isə süzülmüş şərabı palıd çəlləklərə doldurmaq və ən azı 1-2 il saxlamaq lazımdır. Ağ şərab əldə etmək üçün isə üzümü qıcqırmağa qoymadan əvvəl onun qabığını soymaq lazımdır. Tərkibində şəkərin və sərtliyin miqdarından asılı olaraq şərab sərt, dadlı, yüngül və s. növlərə ayrılır.

Şərabın faydalı xüsusiyyətləri
Bir çox həkimlər az miqdarda şərab içməyin bütün orqanizm üçün faydalı olduğunu söyləyirlər. Bu miqdar gün ərzində 1 qədəhdən çox olmamalıdır. Şərabın tərkibində çoxlu miqdarda fermentlər, meyvə turşuları, B1, B2, C, P vitaminləri, kalsium, maqnium, kalium, fosfor, maqnium mikroelementləri, bioloji aktiv maddələr var. Qırımız şərab resveratrol tərkibli antioksidantdır. O öz xüsusiyyətlərinə görə E vitaminindən 10-20 dəfə güclü antioksidant tərkibə malikdir.

Qırmızı şərabda çoxlu miqdar dəmir var. O qanda hemoqlobinin miqdarının artmasına səbəb olur. Qırmızı şərab içmək onurğa beyinin fəaliyyətinə müsbət təsir edir və onun qırmızı qan hüceyrələrinin hazırlanmasında olan fəaliyyətini artırır. Davamlı olaraq az miqdarda qırmızı şərab içmək həzmi sürətləndirir, iştahanı, tüpürcək vəzinin fəaliyyətinin artırır.

Qırmızı şərab orqanizə enerji verir, orqanizmdə duzların miqdarını normallşadırır, oynaqlarda duz yığılmasının qarşısını alır.

Şərabın zərərli xüsusiyyətləri
Yanlız təbii şərab orqanizm üçün faydalı təsir bağışlayır. Həddindən çox şərab içmək ürəyin işemik xəstəliklərinin, qara ciyər sirrozunun, şəkərli diabet xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir. Hamilələrə və uşaqəmizdirən qadınlara, qaraciyər və böyrək çatışmazlığı xəstələrinə şərab içmək qadağandır. Sistit və antibiotik qəbulu zamanı şərab içmək tövsiyə edilmir.
Top