Tunes balığı

Tunes balığı

Tunes balığının özünəməxsus həyat tərzi var. Onlar yorulmadan daima hərəkətli olurlar. Onların bədənləri enli olmalarına baxmayaraq saatda 77 km yol qət edə bilirlər. Bu balıq növü okean, tropik və subtropik sularda yaşayıırlar.

Tunes balığı il boyu kürü tökür. Kürü tökən zaman onlar 3-6 milyona yaxşı kürü qoyarlar. Tunes balığı müxtəlif xırda heyvanlarla qidalanır.Tunes balığı dünyada satışına görə krivetlərdən sonra ikinci yerdə durur.

Tunes balığının ətinin tərkibində 22-26% züllalar və yağlar var. Onun 20%-ni yağlar təşkil edir. Onun sənayedə ən çox kürüsündən isstifadə edilir. Tunes balığının tərkibi kalsium, fosfor, kalium, yod, maqnium, xlor, kükürd, dəmir, sink, ftor, xrom, kolbat, nikel, molibden elementləri ilə zəngindir. Tunes əti A, B1, B6, B9, E, PP vitaminləri ilə zəngindir. Tunes əti orqanizm üçün lazım olan amin turşularla zəngindir.

Gənc yaşda olan tunes balığının ətində daha çox omeqa (linolen, eyksalentin və dokosaeksinol yağları) yağları var. Bu yağlar ürək və beyin xəstəliklərinin əmələgəlmə riskini aradan qaldırır. Adları çəkilən yağlar beynin və gözlərin işini yaxşılaşdırır, artrit ağrılarını aradan qaldırır, iltihabi prosesləri aradan qaldırır, çəkini azaldır, xərçəng əmələgəlmə riskini aradan qaldırır. Tunes balığı dəri və selikli qişaların xəstəliklərini sağaltmaq qabiliyyətinə malikdir. Tunes balığının tərkibində insan orqanizmi üçün lazım olan bütün faydalı zülal və yağlar var.

Tunes balığının zərərli xüsusiyyətləri
Tunes balığını yaxşı təmizləmədikdə zəhərlənmələrə səbəb ola bilir. Tunes balığını uzun müddət saxlamaq mümkün olmur. Bu balıq tez xarab olur və onun ətində zəhərli maddələr əmələ gəlir.
Top