At ətindən müxtəlif qidaların hazırlanmasında istifadə edilir. Bişirilmək üçün əsasən 2-3 yaşlı atların ətindən istifadə edilir. Ən dadlı və tərkibi yaxşı olan at əti isə bir yaşına qədər olan atların əti hesab edilir. At ətindən ən çox monqollar və Orta Asiya ölkələrinin əhalisi istifadə edir. Asiya ölkələrində at ətindən kolbasaların və sosislərin hazırlanmasında istifadə edilir.
Müasir dövrdə Qazağıstan, Qırğızıstan və Monqolustanda at əti əsas qida vasitəsi hesab edilir. Bir çox at əti yeyilməyən ölkələrdə də kolbasaların hazırlanması zamanı at ətindən istifadə edilir. Məşhur və dadı vazkeçilməz olan servelat kolbasasının hazırlanması zamanı at ətindən istifadə edilir. At ətinin dadı onun yetişdirildiyi yerdən və aldığı qidalartdan asılı olaraq fərqli olur. Məsələn, Avropa ölkələri arasında ən dadlı at əti Macarıstanda böyüdülən atlar hesab edilir.
At ətindən ən dadlı delikateslərin hazırlanmasında geniş istifadə edilir. Napoleonun Moskvaya hücumu zamanı əskərləri yorulmuş və yıxılan atların əti ilə qidalandırıblar. Bu zaman ətlərə duzla birlikdə müxtəlif dadlandırıcılar da vurublar. Həmin vaxt isə əsgərlər arasında kütləvi surətdə zəhərlənmələr baş vermişdir.
100 qram at ətinin qida dəyəri:
— Zülallar – 19,56 qr.
— Yağlar – 9,9 qr.
— Su – 69, 5 qr.
— Kalori – 187 kKal.
At ətinin faydalı xüsusiyyətləri
At ətinin tərkibində zülallar, müxtəlif yağlar, kalium, natrim, fosfor, dəmir, maqnium, amin turşular, tiamin, riboflavin, nikotinamid, B, A, PP, E vitaminləri var. Bəzi mütəxəsssislər at ətinin soyuq halda yeməyin daha faydalı olduğunu söyləyirlər. Onların fikrinə görə bişirilmiş at ətini yenidən istdikdə onun tərkibində olan faydalı maddələr öz keyfiyyətini itirirlər. Asiya ölkələrinin demək olar ki, hamısında at ətindən qida vasitəsi kimi istifadə edilir. At südündən hazırlanan süd məhsullarının tərkibində insan orqanizmi üçün lazım olan vitamin və minerallar var.
At ətinin zərərli xüsusiyyətləri
Həddindən çox at ətindən istifadə eləmək ürək-damar, sümük və həzm sistemi xəstəliklərinin baş verməsinə səbəb oia bilir.