Lobster (omar)

Lobster (omar)

Lobster ən iri dəniz xərçənglərindən biridir. O buğumayaqlılardan hesab edilir və on ayağı var. Xırda xərçəngkimilərdən fərqli olaraq onun başından, ayaqlarından, gövdəsindən və hətta daxili orqanlarından istifadə edilir. Kulinariyada istifadə edilən omar xərçənginin çəkisi adətən 1 kiloqramdan artıq olmur. Xərçəng bu çəkiyə 5-6 yaşlarında sahib olur. Bu xərçəng növü 100 ildən çox ömür sürə bilir. Onların hətta 140 il yaşadıqlarına dair qeydlərə də rast gəlinib. Bişirmək üçün xərçəngi doğramaq çox çətin olur. Onu hissələrə ayırarkən diqqətli olmaq lazımdır.

Lobster ətinin faydalı xüsusiyyətləri
Lobster(omar) ən sağlam proteinli qidalardan sayılır. Onun tərkibində az miqdarda kalori, yağ və xolesterin var. Lobsterin tərkibində çoxlu miqdarda amin turşuları, maqnium, B12, B6, B3, B2, A vitaminləri, kalsium, dəmir, fosfor və sink var. Omar xərçəngindən müxtəlif qidaların hazırlanması zamanı istifadə edilir.

Fransada xərçəngdən hazırlanmış qidaları çox xoşlayırlar. Onlar bu dəniz məhsulundan hazırlanmış bulyonu çox sevirlər. Yaponiyada onun ətindən suşi və pelmen bişirirlər. Müxtəlif Asiya ölkələrində ona zəncəfil və sarımsaq əlavə edərək şorba bişirirlər.

Omar xərçənginin qızardılmışından qrip xəstəliyində geniş istifadə olunur. İspaniyada bu xərçəngdən ən məşhur qidaların hazırlanması zamanı istifadə olunur.

Lobsterin zərərli xüsusiyyətləri
Tərkibində olan xolesterinin miqdarı çəkinin artmasına səbəb ola bilir. Bu səbəbdən də ondan çox istifadə eləmək ürək-damar xəstəliklərinin əlamətlərinin artmasına səbəb olur.
Top