Tofu soya südündən hazırlanmış pendirdir. Tofu vegeteryanların ən çox sevdiyi qidalardandır. Tofunun vətəni Çin və Yaponiya hesab edilir. Tofu onların ən çox xoşladıqları ağartı məhsullarındandır.
Tofu soya südünün qatılaşdırılmışından əldə olunan qidadır. Onun tərkibi təbii minerallarlla və kalsiumla zəngindir. Onu mayalandıran zaman limon şirəsindən və ya sirkədən istifadə olunur. Tofu ilk dəfə Çində bizim eradan 200 il əvvəl hazırlanmışdır. Bu barədə çoxlu Çin əfsanələri var. Müasir günümüzdə tofu bir çox Asiya ölkələrinin mətbəxində hər gün istifadə edilən qidalardandır. Tofu dadsız və iysiz, yumşaq pendiri xatırladan ağartı məhsuludur. Ondan dadlı piroqların və tortların hazırlanması zamanı geniş istifadə edilir.
Tofunun 2 növü var: yumşaq və bərk. Bu onun hazırlanmasından asılı olur. Satış məntəqələrində tofu hermetik qablaşdırmada satılır.
Tofu tərkibi keyfiyyətli zülallarla zəngin olan ağartı məhsullarındandır. Onun tərkibində 10 növ amin turşusu vardır ki, bu turşular orqanizmin sağlam olması üçün çox vacibdir. Onun tərkibi kalsiumla və dietik liflərlə zəngindir. Tofunun tərkibində çoxlu miqdarda mikro və makro elementlər var. Onu hazırlamaq üçün soya südününü bişirmək, 35*-ə qədər soyutmaq və onu formalı qaba tökmək lazımdır. Südün üzərinə limon şirəsi əlavə edib yaxşı qarışdırdıqdan sonra süd olan qabı didər qabın isçərisinə qoymaq lazımdır. Bu zaman qabın isərisində qaynar su olmalıdır. Süd olan qabı su olan qabın içərisində süd bərkiyənə qədər saxlamaq lazımdır. Sonra qatılaşmış südü pambıq torbaya töküb süzmək və sıxmaq lazımdır. Zövqə görə sıxan zaman tofuya müxtəlif ədviyyatlarn əlavə eləmək mümklündür.
Tofunun zərərli xüsusiyyətləri
Tofunun tərkibində faydalı maddələrin çox olmasına baxmayaraq orqanizmə mənfi təsir göstərə bilir. Buna səbəb isə onun tərkibində fitin turşusunun miqdarınınm çox olmasıdır. Fitin turşusu orqanizmdən dəmirin, kalsiumun, maqniumun və sinkin sorulmasının qarşısını alır. Tərkibində olan soya minerallarına görə azyaşlılara və hamilə qadınlara tofu yemək məsləhət görülmür. Çoxlu miqdarda tofu yemək kişilərdə spermatozoidlərin keyfiyyətinin və sürətinin azalmasına səbəb olur.
immunitet.az