Qəhvə bir qayda olaraq ifrat hisslər doğurur: biz ya bu içkinin aşiqiyik, ya ona qarşı tamamilə biganəyik. Bir çoxları qəhvəsiz bir gün də olsa yaşaya bilmir. Təəssüf ki, qəhvə ikili təbiətə malikdir və bunu hər kəsin bilməsi lazımdır.
Bəzi insanlar qəhvəni dadına görə, bəziləri də gün ərzində enerji toplamaq üçün içir. Bundan əlavə qəhvə bizim sağlamlığımıza müsbət təsir göstərir. Bu ilk növbədə yaşlanma prosesini ləngidən güclü antioksidləşdiricidir. Həmçinin bu içki qandakı mənfi xolesterinin səviyyəsini azaldaraq aterosklerozun və ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır. Aparılmış tədqiqatlar göstərir ki, qəhvə içmək miqrenin tezliyini, II növ diabet xəstəliyinin, xərçəngin bəzi növlərinin, Parkinson və Alzheimer kimi xəstəliklərin və eyni zamanda kariyes və astma riskini azaldır. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, qəhvədən mütəmadi olaraq içmək qısa müddətli yaddaşı yaxşılaşdırır və öyrənməyə kömək edir.
Qəhvə içməyin zərəri xeyirindən daha azdır, lakin bundan agah olmaq lazımdır. Ən başlıcası, bu içki maqnezium, kalsium və B vitaminini bədəndən xaric edir. Bundan əlavə mədədə problem olan zaman qəhvədən imtina etmək lazımdır. Belə ki, qəhvə mədə şirəsinin həddindən artıq ifraz olunmasına səbəb olur. Qəhvəni həddindən artıq çox içməyiniz yorğunluq və qıcıqlanmaya və həmçinin yuxu problemlərinə gətirib çıxara bilər. Bu səbəbdən qəhvənin gündəlik dozasını aşmaq olmaz.
Az miqdarda qəhvə sağlamlığa xeyirdir.
bonduelle.az