Arabika və Robusta arasında fərq nədir?

Arabika və Robusta arasında fərq nədir?

Arabika kofesi üstün keyfiyyət ilə sinonimdir. O, azca turş və əla şokolad dadı verir. Robusta çox kəskin və daha acıdır. Çünki daha çox kofeini var.

Arabika kofesi (coffea Arabica) ən qədim və məşhur kofe növüdür. Dünyadakı kofeinin 70%-I bu növə məxsusdur. Arabika yeganə növdür ki, onun toxumundan yüksək keyfiyyatli kofeni heç bir əlavə olmadan əldə edirsiniz.

Arabika Efiopiyada yabanı halda bitir, Braziliya, Kolumbiya, Hindistan, eləcə də Yava, Sumatra və Karib adalarında becərilir. Arabika toxumları uzunsov və yaşılımtıl olur. Onlardan yumşaq və aromatik kofe alınır, bəzən isə şokolad və ədviyyat əlavə olunur. Onun aroması azca kofeinli olur və 1-1,7% arasında dəyişir.

Robusta kofe (kofe canephora) tərkibində daha çox kofein olur və digər kofeləri gücləndirmək üçün istifadə olunur. Robusta toxumları Arabika toxumlarından daha sürətli böyüyür və çiçəkləyir. Həmçinin, Robusta müxtəlif iqlim şəraitlərinə daha çox müqavimətli olur. Robusta toxumları adətən, Arabika toxumlarından daha kiçik və oval olur. Onların sarımtıl-yaşıl rəngi olur və daha çox tünd dəmli olur. Robustanın daha güclü qoxusu olur və kofein tərkibi çox olur (2-4.5%). O mərkəzi və qərbi Afrikada (Kameron, Uqanda) və Vietnamda becərilir. Dünya üzrə Robusta 30% yayılıb.



bonduelle.az
Top