Mətbəxlərdə toyuq yumurtası qədər istifadə olunmasa da, bildirçin yumurtası kiçikliyinə rəğmən böyük faydaları ilə bizləri heyrətə salır. Bildirçin yumurtası kiçik ölçüsünə baxmayaraq, digər yumurtalardan daha çox protein və amin turşularına malikdir. Xərçəngdən qripə qədər bir çox xəstəliklə savaşan bildirçin yumurtası immunitet sistemini gücləndirir.
— Bildirçin yumurtası toyuq yumurtasından beş qat daha çox fosfor tərkibinə malikdir. Bunlarla yanaşı dəmir, protein və B12 vitaminləri ilə zəngindir.
— Qastrit kimi mədə xəstəliklərinin aradan qalxmasını təmin edir.
— Hemoqlabini artıraraq, qan azlığının qarşısını alır.
— Vərəm, asma, diabet və damar problemlərinin aradan qalxmasına kömək edir.
— Xərçəngin inkişafının qarşısını alır.
— Qaraciyər və böyrəklərdə yaranan daşların düşməsinə yardımçı olur.
— Miqrenə qarşı faydalıdır.
— Eqzema kimi dəri narahatlıqlarını aradan qaldırır.
— Sinirlə bağlı narahatlıqların qarşısını alır.
— Ürək əzələlərini gücləndirir.
— Beyin inkişafını gücləndirərək hafizəni artırır.
— İmmunitet sistemini gücləndirir.
— Öskürək, bronxit və nəfəs daralması kimi narahatlıqların aradan qalxmasına faydalıdır.
— Demək olar ki, D vitamini qaynağıdır.
— Qan dövranının sürətlənməsini təmin edir.