Meyvə qurusu alarkən nələrə diqqət etməli?

Meyvə qurusu alarkən nələrə diqqət etməli?

Meyvə qurusunu necə seçməli?
Dietoloqlar həmişə quru meyvələrin faydalarından danışırlar. Birincisi, onun tərkibində sellüloz maddəsi var ki, bu da həzmi və maddələr mübadiləsini yaxşılaşdırır. İkincisi, tərkibindəki vitamin və minerallar təzə meyvədə olduğundan daha çoxdur. Quru meyvə kalium ( qan təzyiqini normallaşdırır), dəmir ( qanın artmasını yaxşılaşdırır), karotin, B qrupu vitaminlərlə zəngindir. Bütün bunlar ürəyin, beynin, sinir sistemi və əzələlərin işini yaxşılaşdırır.

Meyvə qurudulduqdan sonra tərkibindəki şəkər qatılaşır. Amma bu şəkər təhlükəli deyil. Əvəzində əsl təhlükə quru meyvələrin saxlanma müddətini artırmaq və satış üçün görünüşünü yaxşılaşdırmaq məqsədilə kimyəvi dəyişikliyə məruz qalmasındadır. Bu təhlükələr əsasən 3 yerə bölünür.

Təhlükə 1. Qeyri-təbii rəng
Ərik və üzüm kükürd dioksidli tüstüyə verilir. Bu cür tüstüyə verildikdən sonra tünd qəhvəyi olmaq əvəzinə, qaysı parlaq narıncı, kişmiş isə kəhrəba sarısı, qızılı-sarı rəng alır. Kükürd dioksid meyvə qurusunu həşəratlardan və kifdən qoruyur. Kükürdlü dioksid zəhərli maddədir, suda asanlıqla həll olunur və mədədə sulfid turşusu əmələ gətirir ki, bu da həzm sisteminin selikli qişasını məhv edir. Mədə-bağırsaq xəstəlikləri olan insanlar bu cür ərzaqlardan uzaq qaçmalıdırlar. Eyni zamanda bu cür maddələr asmatiklər üçün güclü allergendir.

Qeyri-təbii rəngli quru meyvələrdən qorunma
Bilməlisən ki, keyfiyyətli quru meyvənin görüntüsü adətən cəlbedici olmur. Onlar tünd rəngli, büzüşmüş və tozlu olurlar. Qaysı, kişmiş, quru albalının rəngi parlaqdırsa, deməli, bu meyvələr qurudularkən kükürd dioksidin təsirinə məruz qalıb və ya qida boyası ilə boyanıb. Quru meyvələri istifadə etməmişdən əvvəl meyvələri 10-15 dəqiqəlik otaq istiliyindəki suda saxlayın, sonra da suyun altında yaxşıca yuyun.

Təhlükə 2. Qeyri-adi dad
Meyvələri təbii üsulla kölgədə və ya günəşin altında qurutmaq çox çətindir, çünki onlar tez turşuyurlar. Buna görə də onları qaz və ya benzinlə işləyən sobalarda yüksək istilikdə qurudurlar. Gavalı, qaysı, kişmiş, xurma bu cür qurudulduqda benzin dadı verir, qabığı çatlayır, tərkibindəki vitaminlər isə məhv olur.

Qeyri-adi dadlı quru meyvələrdən qorunma
Qeyri-adi dada sahib olan quru meyvələri alarkən əvvəlcə onu iyləyin. Benzin və ya tüstü iyinə xüsusi fikir verin. Qabığı çox çatlamış quru meyvə zaydır. Quru xurmanı dənəli, gavalı, qaysı, kişmiş, xurma kimi quru meyvələri isə saplaqlı almaq lazımdır. Bu cür meyvələr faydalı maddələri özündə daha yaxşı saxlayır.


Təhlükə 3. Qeyri-adi parıltı
Yumşaq və parıltılı olması üçün gavalını çox vaxt keyfiyyətsiz bitki yağına və ya qliserinə salırlar. Qəhvə çalarlı olması üçün isə onun çox qaynar suya salınmasından irəli gəlir. Bunun nəticəsində isə meyvə vitaminlərini itirir. Qeyri-parıltılı quru meyvələrdən qorunma+ Quru meyvəni şəffaf qabda və ya açıq (çəki ilə) şəkildə almaq daha faydalıdır. Bu zaman qaysının rəngini, gavalının və kişmişin aydın olmayan parıltısını düzgün qiymətləndirə bilərsən.

Quru və təbii meyvələrin kaloriləri:
Ərik 100 qr – 50 kalori
Qaysı 100 qr – 200-250 kalori
Gavalı 100 qr – 60 kalori
Gavalı qurusu 100 qr – 250 kalori
Xurma 100 qr – 62 kalori
Xurma qurusu 100 qr – 245 kalori
Üzüm 100 qr – 70 kalori
Kişmiş 100 qr – 280 kalori
Top