Bir qisim insanlar var ki, qoyun ətinin sağlamlıq üçün ziyan olduğunu güman edərək ondan birdəfəlik imtina ediblər.
Ancaq bu gümanda bir yanlışlıq var. Əgər digər qida məhsulları kimi, qoyun ətindən də qədərində istifadə olunarsa, onun orqanizm üçün faydalarından yetərincə bəhrələnmək olar. İnsanlar əsasən qoyun ətinin yağlı və piyli olmasına görə bu ətdən istifadə etməkdən çəkinirlər. Ancaq bu düşüncədə olanlar nəzərə almırlar ki, qoyun ətində olan piy, daha çox istifadə olunan mal ətindəki piydən iki dəfə azdır.
Mütəxəssislərin bununla bağlı töfsiyələrini diqqətə çatdırır.
Cəmisi 100 qram qoyun ətinin tərkibinə nəzər yetirsək görərik ki, bu tərkibdə olan maddələr insan orqanizmi üçün nə qədər zəruridir:
Su — 59.47 q.
Zülal — 16,56 q.
Fat — 23.41 q.
Karbohidratlar — 0 q.
Vitamin B1 — 0.11 mq.
Vitamin B2 — 0.21 mq.
Vitamin B3 — 5.96 mq.
Vitamin B5- 0.65 mq.
Vitamin B6 — 0.13 mq.
Vitamin B9 — 0.18 mq.
Vitamin B12 — 0.31 mq.
Vitamin E — 0.2 mq.
Vitamin D — 0.01 mq.
Vitamin K — 0.36 mq.
Kalium — 222 mq.
Kalsium — 16 mq.
Maqnezium — 21 mq.
Sodium — 59 mq.
Fosfor — 157mq.
Iron — 1.55 mq.
Manqan — 0.19 mq.
Mis — 0.10 mq.
Sink — 3.41 mq.
Selenium — 0.18 mq.
Bəs bu zəngin tərkiblə qoyun ətinin insan üçün faydaları nədən ibarətdir?
İlk növbədə onu qeyd edək ki, qoyun ətindən xörək hazırlayarkən çalışmaq lazımdır ki, ətin yağlı hissəsindən istifadə olunmasın. Belə olan halda qoyun ətindən istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq mümkündür.
ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin ümumi miqdarının aşağı düşməsinə gətirib çıxarır. Amma unutmayaq ki, söhbət yağsız qoyun ətindən gedir. Alimlərin apardığı eksperiment nəticəsində xolesterenin miqdarı çox olan insanların rasionuna sutka ərzində 100-150 qram yağsız qoyun əti daxil ediblər. Bir müddətdən sonra həmin insanlarda xolesterenin miqdarı 10 faiz aşağı düşüb.
Qoyun ətindən istifadə zamanı ikinci bir məsələni də diqqətdə saxlamaq lazımdır. Qoyun əti ilə birlikdə turş ədviyyatlardan, şüyüddən, nanədən, kəklikotundan, nar turşusundan, limondan istifadə etmək lazımdır ki, ətin tərkibindəki yağın maddələr mübadiləsində normal nizamlanmasına şərait yaratsın.
Qoyun əti bədənə qüvvət verir, qanı artırır, orqanizmin itirilmiş enerjisini bərpa edir, daxili orqanları möhkəmləndirir.
Digər faydalı qida məhsulları kimi qoyun ətindən istifadənin də əks göstəriciləri var. Həzm sistemində problem olanlara, artrit xəstəliyindən əziyyət çəkənlərə, piylənmə problemi olan insanlara qoyun ətindən istifadə məhdudlaşdırılmalıdır. Xüsusilə oturaq həyat tərzindən yaxa qurtara bilməyən insanlar qoyun ətindən istifadə etməməlidirlər. Çünki bu artıq çəkinin yaranmasına səbəb ola bilər. Ən başlıcası isə qoyun ətindən qədərində istifadə olunmalıdır.