Statistikaya görə, pivə dünyada ən populyar alkoqollu içki sayılır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bütün istehlak olunan maye növlərinin ümumi reytinqində pivə su və çaydan sonra üçüncü yer tutur.
Pivəyə olan bu diqqət heç də təsadüfi deyil. Bu, nəinki ətirli və dadlı, həm də faydalı içkidir. Pivənin həddən artıq çoxsaylı mümkün olan növləri mövcuddur və hər bir pivə qurmanı öz ürəyincə olanı tapa və seçə bilər.
Pivənin ən vacib tərkib hissəsi maya otudur. Məhz o, pivəni ətirli və dadlı edir. Alimlər uzun müddət maya otunun xassələrini öyrənmiş və qərara gəlmişlər ki, o onkoloji xəstəliklərlə mübarizədə kömək edir. Maya otunun tərkibində qırmızı şəraba və yaşıl çaya nisbətən daha çox antioksidantlar mövcuddur.
Pivənin faydalı xassələri bununla da bitmir. Pivədə silisium tapmaq olar. Bu maddənin dəyəri ondan ibarətdir ki, o, sümük toxumalarında kalsiumun və mineralların çox yaxşı ayrılmasına səbəb olur.
Pivəyə olan sevginin hədləri yoxdur. Bu köpüklü içkinin pərəstişkarları bütün dünyada pivə festivalları təşkil edirlər və orada iştirak edirlər. Festivallarda pivə hazırlayan şirkətlər öz çeşidlərini nümayiş etdirir, dequstasiyalar, müsabiqələr keçirirlər və tədbirlərin əyləncə hissəsini təşkil edirlər.
Ən populyar pivə festivalı Almaniyada keçirilən «Oktoberfest» festivalı sayılır. O, hər il Münhendə keçirilir və 6 milyondan çox adam yığır.
Pivə hazırlama sənəti yalnız XVIII əsrin sonlarında kişi peşəsi olmuşdur. Bundan əvvəl pivənin hazırlanması ilə peşəkar qadın aşpazlar məşğul olmuşlar. Belə bir meyil pivə hazırlandığı bütün ölkələrdə, o cümlədən Avropa ölkələrində müşahidə edilmişdir. Yeri gəlmişkən, qədimdə pivənin himayədarları da qadınlar olmuşdur. Məsələn, qədim şumerlərdə pivə ilahəsi Ninkasi, misirlilərdə isə Menket sayılırdı.
Pivə sonunda o qədər populyar oldu ki, fobiyanın meydana gəlməsi səbəbinə çevrildi. Çenosilli kafobiya, məsələn, boş pivə stəkanı qarşısında qorxudur və bu fobiyanı tamamilə anlamaq olar, çünki ətirli içkinin qurtarmağını istəmirsən.
Rivə nəinki ən populyar içki növlərindən biridir, həm də ən qədim içki növlərindən sayılır. Bəzi məlumatlara görə, ilk pivə hələ neolit dövründə, b.e.ə. 9500 il əvvəl hazırlanmışdır. Bəzi mənbələrdə isə qeyd olunur ki, Qədim Babilistanda lazımi keyfiyyətdə pivə hazırlamağı bacarmayanları qaynar qablarda batırırdılar.
Hazırda pivə hazırlama işi bazarın çiçəklənən və inkişaf etməkdə olan seqmentidir. Pivənin 400-ə yaxın növü var. Onların hər birinin dadına baxmaq çox çətin vəzifədir. Ən çox fərdi pivə markası Belçikadadır. Ən yaxşı pivə hazırlayan digər favorit ölkələr Almaniya, Çexiya və İngiltərə hesab edilir.
Keyfiyyətli pivə heç də əlyetərli alkoqollu içki deyil. Əlbəttə, hər hansı bir supermarketdə cibə uyğun pivə tapmaq olar. Lakin onları əsl keyfiyyətli pivə hesab etmək olmaz. Bu, köpüklü içkinin qiymətləri çox tərəddüd edir. Belə ki, dünyada ən bahalı pivənin dəyəri 1000 dollara çatır.
«Ginnes» pivəsi bütün dünyada məşhurdur. Bu tünd rəngli İrlandiya pivəsi çoxdan ad çıxarmışdır. Onu qədəhə süzmək əsl sənətdir.
Ən çox pivə Çexiyada içilir. Bu, birinci il deyil ki, təsdiq olunur və heç kimə çexlərə çatmaq və onları ötmək nəsib olmayıb. Bu göstəricilər kişi əhalisinin hər nəfərinə düşən istehlak olunan pivənin miqdarını nəzərə alaraq hesablanmışdır. Bu rəqəm ildə, demək olar ki, 152 litr təşkil edir.
Qeyd etmək lazımdır ki, daha bir pivə rekordu məhz Çexiyada qeydə alınmışdır. Belə ki, 1 litr pivənin içilməsində ən yüksək sürət 4,11 saniyədir.
Köpüklü pivənin populyarlığı və faydalı xassələri diqqətdən kənarda qala bilməzdi. Pivəni bu gün həm yaşlılar, həm də cavanlar ciddi öyrənirlər. Hətta pivə hazırlama işinin bütün incəliklərini dərk edən və pupulyar alkoqollu içkinin tərkibini qiymətləndirən bütöv bir elm mövcuddur. Bu elm zitologiya adlanır.
İnsan sağlamlığı üçün vacib olan pivənin daha bir faydalı xassəsi ondan ibarətdir ki, pivə böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır.
Bu göstəricilər Amerikanın epidemiologiya jurnalında dərc olunmuşdur. Alimlər müəyyən etmişlər ki, bir şüşə pivə gün ərzində böyrəklərdə daşların yaranma riskini 40 faiz azaldır.
Münhen pivə institutunun (bəli belə bir institut var) alimləri maraqlı fakt aşkar etmişlər. İndi elmi cəhətdən sübut edilmişdir ki, 1 litr filtrlənmiş pivə 1 litr südə nisbətən 10 dəfə faydalıdır. Bu, əsasən yalnız pivənin tərkibinə daxil olan nadir maddələr və zəngin tərkiblə əlaqədardır.
Şüşədən pivə içmək böyük səhvdir. Pivə somelyesi ( fransızca somelye – şərabın qorunması və əlavə olunması üçün məsul olan restoran işçisidir) deyəcək ki, əgər siz köpüklü içkinin əsl dadına baxmaq və onun zəngin ətrini dərk etmək istəyirsinizsə, bunu heç bir halda etmək olmaz. Yeri gəlmişkən, hər bir pivə növü üçün müxtəlif stəkanlar uyğun gəlir və onların sayı çoxdur.
Muəllif: BDU-nun dosenti F.M.Qarayev
Mənbə: İqtisadiyyat qəzeti