Ümumi məlumat
Arı südü-arıçılıq məhsuludur. Arı südü 5-15 günlük körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır. Sürfələrin və yumurtlama dövründə ana arının yemlənməsinə sərf olunur.
Saf arı südü xarici görünüşcə sarımtıl-ağ rəngli, spesifik iyli, turşaşirin dada malik xamayabənzər maddədir.
Tərkibi
Su-65%, Zülallar 14-18% (əsasən albuminlər və qlobulinlər), arı südünün zülalları tərkibcə insan qanı zərdabının zülallarına yaxındır, karbohidratlar 9-18% (qlükoza, fruktoza, saxaroza), vitaminlər A, D, C, B1, B2, B3, B6, B12, B15, H, E, PP, pantoten turşusu, ali karbon turşuları (kəhrəba, palmitin, stearin və sair turşular), cinsiyyət hormonları (estradiol, testosteron, proqestron), mikroelementlər Fe, Co, Ka, Ca, Na, Mg, Zn, Cu, Ni, Au, asetilxolin, stearinlər, lipidlər, fermentlər-amilaza, katalaza, invertaza, proteaza, xolinesteraza, turş fosfotaza.
Təsirləri
Antivirus (qrip və stomatit viruslarına təsir edir), güclü biostimullaşdırıcı uşaqların böyüməsini stimullaşdırır, qanyaratmanı yaxşılaşdırır (qanda hemoqlobini, eritrositləri artırır, lakin leykositlərin miqdarını azaldır), daxili sekresiya vəzilərinin funksiyasını bərpa edir, insulin yaranmasını stimullaşdırır, qanda, beyin və qara ciyər toxumalarında xolesterinin miqdarini azaldır və fosfolipidlərin miqdarini artırır, həzm orqanlarının işini yaxşılaşdırır, qan dövranı orqanlarının işini yaxşılaşdırır, arterial təzyiqi normallaşdırır, maddələr mübadiləsını stimullaşdırır və orqanizmin qocalmasını ləngidir, yaddaşı yaxşılaşdırır və həyat tonusunu qaldirir, endokrin (o cümlədən, cinsiyyət) vəzilərinin funksiyasını stimullaşdırır, immun sistemini gücləndirir.
İstifadə qaydası və dozası
Saf arı südü profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün bir doza 150-180 mq olmaqla gündə 2-3 dəfə, cəmi 0.5qr məsləhət görülür.
Südü tam sorulana qədər ağızda saxlamalı. Daha böyük dozalar və müalicə üçün həkimlə məsləhətləşməli.
Bala 100:2 (hər 100 qr bala 2 qr süd) nisbətində qarışdırıb qəbul etmək də mümmkündür.
Balla 100:2 nisbətində qarışdırılmış südün balla birlikdə sutkalıq profilaktik dozası 20-25 qramdır.
Uşaqlar üçün dozanı 2-3 dəfə azaltmaq lazımdır.
Yadda saxlamaq lazımdır ki, bütün arıçılıq məhsulları yalnız və yalnız ağız suyu ilə fəal həzm olunur. Onları adi nabat kimi ağızda tam həll olana qədər ağızda saxlamaq lazımdır, həm də mümkün qədər çox saxlamaq lazımdır ki, həzm ağızın selikli qişasında getsin, Onu udmaq, ələlxüsus də üstündən su içmək müalicəvi məhsulu boş yerə sərf etmək deməkdir.