Şokolad - ən vazkeçilməz şirniyyat növlərindən biridir. Bu şirin möcüzənin tarixi bizim eradan əvvəllə dayanır. Qədim zamanlarda insanlar kakao toxumlarını üyüdüb enerji içkisi hazırlayardılar. Bəs bu dadlı şirniyyatın faydalarını bilirsinizmi?
* Ürək xəstəlikləri və xərçənglə mübarizə aparır, dəri və sümükləri qidalandırır.
* Kakaoda qırmızı şərabla müqayisədə iki, yaşıl çayla müqayisədə isə 3 dəfə çox antioksidant var.
* Şokolad eyni zamanda kalsium mənbəyidir. Bu isə güclü sümüklər deməkdir.
* Şokoladda insanın özünü yaxşı hiss etməsinə səbəb olan endorfin hormonu boldur.
* Güclü dişlər üçün flüor, stresslə mübarizə üçün isə potaş əhəmiyyətlidir. Bunlar isə şokoladda boldur.
* Tərkibindəki mis damarlar, hüceyrələrin sağlamlığı üçün vacibdir.
* Gündəlik az miqdarda şokolad yemək qanın laxtalanmasının qarşısını alır.
* Şokolad başqa şirniyyatlardan fərqli olaraq qan şəkərini sürətlə yüksəltmir.
* Şokoladdakı doymuş yağlar qandakı xolestrol səviyyəsinin artmasına səbəb olmur.
Amma bütün bunlar gün ərzində şokolad yemək olar mənasına gəlmir. Çünki hər nə qədər faydalı olsa da kalori dəyəri yüksəkdir. Bəzən şokolad allergik reaksiyalara da səbəb ola bilər.