Ölüm toxumları - GMO

Ölüm toxumları - GMO

21 ci əsrdə bəşəriyyəti nüvə müharibələrindən, qlobal istiləşmədən, neo buz dövründən, terrorizmdən təbii və s. bu kimi süni fəlakətlər qədər təhlükə altına qoyan daha bir fəlakət var. Bu fəlakətin adı geni dəyişdirilmiş qida məhsullarıdır.

Əvvəlcə bu məhsulların necə yarandığını anlamaq lazımdır. Geni dəyişdirilmiş məhsullar (davamda: GMO) gen mühəndisliyi sayəsində ortaya çıxmışdır. Bu proses zamanı bir cinsdə olan bir gen digər bir cinsin DNT-sinə injekt edilir və bununla trans-gen cinslər əmələ gətirilir. Bu cinslər tamamilə süni olduğu üçün ətraf mühit və ekosistem üçün də zərərli olur. Burada məqsəd bir cinsdə olan bir özəlliyin digər cinsə də verilməsidir.

Məsələn əqrəbdə olan bir gendən qarğıdalının, lobyanın, müxtəlif meyvələrin soyuğa davamlılığını artırmaq üçün istifadə olunur. Bu kimi metodlar Amerikada, Kanadada, Avropada çox geniş yayılıb və dövlət tərəfindən dəstəklənir. Çünki alınan yeni cins məhsul soyuğa, həşəratlara və gəmiricilərə davamlı olur. Bu səbəbdən məhsulda itki çox aşağı olur və eyni zamanda məhsuldarlıq da artır.

Şimaki Amerika əhalisinin 90%-i bu kimi məhsullarla qidalanır. Bu işlə dünyada Monsanto, Du Pont, Dow Chemicals, Syngenta və Bayer kimi iri korporasiyalar məşğul olur. Təbii ki onlar həm də tanıdığımız ən böyük dərman istehsalçı korporasiyalardır ki bu da təsadüfi deyil. Bir GMO toxum inkişaf etməsi üçün müxtəlif sektisit və pestisitlərə ehtiyacı var. Fermer misal üçün Monsantodan aldığı bir toxumu yetişdirmək üçün elə Monsantodan da müvafiq pestisidlər almalıdır.

Lakin Monsanto bununla durmaq bilmir. Kimyəvi tullantıların saxlanıldığı sisternlərin dezinfeksiyası zamanı bir bakteriyanın bu dezinfeksiyadan sağ çıxdığını aşkarlayır. Onlar bu bakteriyanın genini qarğıdalıya injekt edirlər və növbəti il sahədəki gəmiriciləri qırmaq üçün elə dezinfeksiyada istifadə etdikləri qilfosat adlı zəhər tərkibli dərmanlar satışa çıxarırlar.

Təbii ki qarğıdalıya bu zəhər təsir etmir, lakin bu zəhər torpaqdakı bütün digər canlıları, o cümlədən xeyirli bakteriyaları da öldürür və ya xəstələndirir. Nəticədə yeni patogenik orqanizmlər əmələ gəlir və bu orqanizmlər bitkiləri məhv edir. Əslində sizin sağlamlığınız bu şirkətlərin vecinə də deyil, onsuz da onlar dərman istehsalçılarıdır, onlara sizin sağlam olmağınız sərf eləmir.

Avropada GMO-lar ilə bağlı qanun hazırlanarkən İngiltərənin ən adlı sanlı alimlərindən olan Prof. Dr.Arpad Pusztaiyə GMO-ların təsirinin öyrənilməsi və zərərlərinin araşdırılması tapşırılır. Prof. Dr.Arpad Pusztai 3 fərqli institutdan 20-30 nəfərlik bir heyyətlə təcrübələrə başlayır. Təcrübə zamanı 3 qrup siçan götürülür. Birinci qrup siçanlar ancaq GMO məhsulla, ikinci qrup siçan normal təbii məhsulla, üçüncü növ siçan isə dərmanlanmış məhsulla yedizdirilir. 10 gün ərzinə bu siçanlar böyüyür və nəticə analiz olunur. Aşağıda gördüyünüz şəkildəki siçanlar GMO məhsulla qidalanmış siçanlardır. 

Onlarda iri tumorlar(bədxassəli şiş və ya xərçəng şişi) yaranıb bundan əlavə immun sistemləri tam çökmüş, beyinləri, qara ciyərləri və xayaları digərlərindən daha kiçikdir və göy rəngdədir. Eyni zamanda qida borusu xərçəngi müşahidə olunur. Ancaq digər siçanlarda bu kimi hallar müşahidə olunmur. Bu nəticəylə Prof.Dr.Arpad Pusztai mediyaya GMO-ların insan həyatı üçün təhlükəli olması barədə açıqlamalar verir. 3 gün ərzində professorun ulduzu parlayır. Daha sonra Böyük Britaniya nazirlər kabinetindən gələn zənglə Prof. Dr.Arpad Pusztai 35 il işlədiyi yerdən qovulur, nəticələr və sənədlər dövlət tərəfindən müsadirə olunur və onun komandası müxtəlif işlərə yönləndirilir. Ardından professor haqqında mediyada qara piyar kompaniyası başladılır.

Daha sonra müxtəlif azad tədqiqatçılar tərəfindən GMO-ların insanda repreduktiv problemlərə, immun sisteminin zəifləməsinə, sürətli yaşlanmaya, həzm sisteminin pozulmasına, qanda xolesterol və insulin disbalansına səbəb olması sübut olunur. Lakin dövlətlər bu nəticələri qəbul etmir, səbəb kimi tədqiqadın rəsmi orqan və ya institut tərəfindən aparılmadığı göstərilir. Bütün bunlardan aydın görünür ki son vaxtlar dünyada insanların sağlamlığı ilə bağlı olan problemlərin kökündə GMO-lar dayanır.

Ən pisi isə odur ki, GMO ancaq bir fərdə ziyan vermir, bütövlükdə onun özündən sonra gələn nəsilinə də təsir edir. Yani məsələn siz GMO-ların təsirindən hansısa problemlə üzləşmisinizsə və ya gündəlik GMO ilə qidalanırsınızsa ancaq siz deyil sizin övladlarınız və nəvələriniz, eləcə də onların uşaqları və uşaqlarının uşaqları da eyni problemlərdən əziyyət çəkəcək. Bir nöqtədə isə bu nəslin kəsilməsi və sonsuzluqla nəticələnəcək.

Belə nəticəyə gəlmək olar ki GMO-lar öz xeyirlərini və gəlirlərini güdən bir qrup böyük korporasiyanın insanlıq əlehinə ortaya atdığı məhsullardır. Onların iddialarına görə dünyada məhsul qıtlığı var lakin belə deyil, dünyada hər il 11 milyard insanı dolduracaq qədər yeyinti məhsulu istehsal olunur. Lakin problem bu məhsulların çatdırılmasındadır. İş ancaq GMO ilə bitmir, inəklərdə və digər iri xırda buynuzlu heyvanlarda süd vermək məhsuldarlığını artırmaq üçün müxtəlif zorakı metodlar vardır.

Məsələn inəklərdən süd verici somatotropin hormonu alınaraq yenidən özlərinə vurulur. Və deyirlər ki, burda heç bir problem yoxdur, biz inəyin öz hormonunu özünə vururuq. Lakin bu gülməlidir, insana artıq insulin vurulsa insan insulin şoku keçirərək həyatını itirir. İnək də bu hormonun təsiri ilə daha çox süd verir lakin bu onu xəstələndirir və süd bəzi hallarda irinli olur. Daha sonra antibiotiklər vasitəsiylə süd zərərsizləşdirilir. Lakin dünyada heyvan haqqlarının müdafiəsi təşkilatları bu kimi hallara susur.

Azərbaycanda da GMO məhsullar bazarlarda və marketlərdə mövcuddur. Qanunvericilikdə GMO-lar haqqında qanun olmasa da Azərbaycana GMO gətirilməsi qadağandır. Gələcəkdə bu qanunun qəbul edilməsi gözlənilir. Baxmayaraq ki, heç Azərbaycanda bu məhsullara ehtiyac yoxdur bəzi iş adamları qadağalara məhəl qoymayaraq Azərbaycan bazarına GMO məhsulları gətirir. Bunlar əsasən xarici meyvələr, qarğıdalı lobya kimi bitkilər olur. Sözsüz ki, məhsulun GMO olması barədə üzərində müvafiq etiket olmur. Belə məhsullar insanlığın genofondunu məhv edir.

Bundan qorunmağın müxtəlif üsulları var. Məsələn bazara getdiyinizdə gözəl görünüşlü iri və parlaq xarici meyvə və ya tərəvəz yerinə, zədəli nisbətən kiçik və o qədər də gözəl görünməyən yerli fermerin məhsulunu ala bilərsiniz. Görünüş olaraq pis olsa da dad olaraq yerli məhsul GMO-ya nisbədən daha dadlı və xeyirli olur. Bir sözlə gözəl görünüşlü, xarici məhsullardan kənar gəzmək lazımdır. Azərbaycan korporasiyaların idarə etdiyi bir dövlət olmadığı üçün biz bu sahədə şanslı sayılırıq. Ona görə dövlət də GMO-ların ölkəyə gətirilməsinin qarşısını almağa maraqlıdır. İnsanların səyi ilə isə bu sahədən daha qətiyyətli addımların atılmasına nail olmaq olar. Hər kəs bunu özü ailəsi və gələcəyi üçün etməlidir. GMO məhsullar bioloji silahdır, hətta kütləvi qırğın silahıdır. Çalışın ki, bu silahın hədəfinə tuş gəlməyəsiniz!

Kamran Qurbanlı
Top