Allergiyaya səbəb olan ən məşhur giləmeyvə

Allergiyaya səbəb olan ən məşhur giləmeyvə

Bu siyahıda ən ön sırada yer alan giləmeyvə — hər birimizin çox sevdiyi çiyələkdir. Bu giləmeyvə, dadı, ən əsası isə qoxusuna görə çoxlarının ən sevimli meyvəsidir. Lakin bu giləmeyvə bir tək qoxusu və dadı ilə deyil, orqanizm üçün çox xeyirli və lazımlı vitamin və mikroelemtlərlə zəngin olduğu üçün çox faydalı meyvələr sırasına daxildir.

İlk olaraq,nəzərinizə çatdırırıq ki, çiyələyin tərkibində insan orqanizmi üçün çox lazımlı antiksidantlar və bir sıra vitaminlər vardır. Bunlar: A, B, E, H və PP qrup vitaminləridir.

Cəmi 100 qr çiyələk, orqanizmin gündəlik C vitamininə olan tələbatı ödəyə bilir.

Bundan əlavə çiyələk — selülloz, fol turşusu, kalsiy, dəmir, fosfor, ftor, sink, brom, xlor, natriy, kaliy, marqanes və bir sıra digər mikroelemntlərlə zəngindir. Xeyirli xüsusiyyətlərinə görə bu giləmeyvə qreypfrut, alma, portağal, moruq və pomidor kimi xeyirli məhsulları geridə qoya bilir.

Xeyirli xüsusiyyətlərinə həmçinin onun iştah artırması və həzm sisteminə yaxşı təsiri də aid edilir. Həmçinin çiyələk arterial təzyiqi aşağı salma qabilliyətinə malikdir və ürək-damar xəstəlikləri zamanı xeyirlidir. Bu giləmeyvə — susuzluğu yatırır, eyni zamanda sidikqovucu və tərqovucu effektə malik olub, zəngin kimyəvi tərkibə malik olduğu üçün qocalma prosesini zəiflədir və əhvalı yüksəldir.

Tibbdə artıq uzun zamandır ki, bu giləmeyvəni avitaminoz, şəkər xəstəliyi, qan azlığı, hipertoniya və hətta etrozskleroz kimi xəstəliklər zamanı istifadə edilir. Həmçinin o, stafilokok, pnevmokok və qrip virusu zamanı çox faydalıdır.

Bu qədər xeyirli xüsusiyyətini sadaladıqdan sonra bu məqamdan yan keçmək düzgün olmaz...Bu giləmeyvəni düzgün yemədikdə, onun aqressiv xüsusiyyətləri sizə əks təsir göstərə bilərlər. Beləliklə, unutmayın, bu meyvəni ac qarnına yemək və süd məhsulları ilə qarışdırmaq olmaz!

Çiyələyə qarşı allergiya: səbəb və əlamətlər.
Təəssüf ki, bu qədər xeyirli olan giləmeyvəyə olan allergiya çoxlarına aid edilən bir problemdir. Faktiki olarq, çiyələk, məsaməli strukturuna görə, yetişmə zamanı özündə çox miqdarda tozcuqlar yığdığına görə kifayət qədər allergik meyvə sayılır. Bir çox insanlar isə müəyyən bitkilərin çiçəklənməsinə hiper həssas olduğuna görə onlarda meyvədə yığılan tozcuqlar sayəsində avtomatik olaraq allergiya yaranır.

Allergiyanın əsas əlamətləri, boğazda arabir sancma, ağızda qaşınma və şişmə, gözlərin yaşarması, asqırmaq və burun tutulması ola bilər. Həmçinin dəridə qaşınma ilə müşahidə olunana səpkilər də allergiyanın əlamətlərinə aiddir.

Daha kəskin reaksiyalar qusma, qıcolma, astma pristupu, yüksək hərarət və ishal kimi əlamətlərlə müşahidə oluna bilir. Ən təhlükəlisi isə anafilaktik şokdur.

Ümumilikdə isə bu giləmeyvəyə olan reaksiya təbii ki, individula olaraq hər kəs üçün fərqlidir.

Sonda isə unutmayın ki, mədə xəstəlikləri, qastrit, xora və oynaqlarda problemlər zamanı bu meyvə həmçinin məsləhət görülmür.

saglamolun.az
Top