Hansı düyü daha xeyirlidir?

Hansı düyü daha xeyirlidir?

Dənli bitkilərə aid olan bu məhsulun tərkibində, insan orqanizminin ehtiyac duyduğu bir çox mikroelemt və vitaminlər var.

Bunlara: sink, dəmir, kalsiy, marqanes, fosfor, selen və kaliy mikroelmentləri, PP, E və B qrup vitaminləri aiddir. Həmçinin düyü, tərkibində çətin karbohidratlar olan məhsullar arasında lider sayılır. Bu karbohidratlar, əzələ kütləsində yığılan uzunmüddətli enerji axınını təmin edir.

Bir dəfə də olsa artıq çəkidən azad olmaq istəyən hər bir insan, düyünün nə üçün xeyirli olduğunu bilir. Pəhrizlərdə istifadə olunan bu məhsul, effektivliyindən əlavə düyü həmçinin təmizləyici xüsusiyyətə malikdir. Məhz bu xüsusiyyətlər, ağır xəstəlik və uzunmüddətli aclıqdan sonra, iştahı bərpa edir. Bu məhsul həmçinin, yuxunu normallaşdırır və süd verən analarda laktasiyanı gücləndirir.

Müsbət cəhətlərdən biri də onun tərkibində duzun olmamasıdır. Bundan əlavə o, duzların çıxarılmasında da istifadə olunur. Məhz buna görə,həkimlər bu məhsulu,ürək-damar və böyrək xəstəlikləri olan insanlara tövsiyə edirlər.

Ağ, qəhvəyi və ya qara düyü. Hansı daha xeyirlidir?
Bu düyü növlərinə gəldikdə, daha çox istifadə olunan ağ düyüdür. Ağ düyüdən fərqli olara, qəhvəyi düyü qidalı xüsusiyyətləri ilə daha effektiv olduğuna görə daha xeyirli sayılır. Qəhvəyi düyüdə qabıq qorunur, bu qabıqda isə insan orqanizminin ehtiyac duyduğu mineral maddələr və çətin karbohidratların 80% -i vardır. Xeyirli xassələrinə gəldikdə isə, onun tərkibində B qrup vitamini və tiamin vardır ki, onlar isə tac damarlarının işini və enerji balansını qoruyur. Bu məhsul allaergiyadan əziyyət çəkən insanlar üçün məsləhətlidir.

Qara düyü və onun xeyiri
Alimlər tərəfindən müəyyən olunmuşdur ki, yabanı sayılan qara düyü növü, çox böyük miqdarda xeyirli maddələrlə zəngindir. Onun tərkibində bir çox antioksidantlar, E vitamini və tellər vardır. Tərkibində bu qədər antioksidant olduğu səbəbdən, qara düyünü, ürək-damar sistemində problemi olan insanlara tövsiyə edirlər. Həmçinin o, xərçəng xəstələrinə də məsləhət görülür.

saglamolun.az
Top