Qəhvə sevənlərə məsləhətlər

Qəhvə sevənlərə məsləhətlər

1. Qəhvəni xüsusi peşəkarların olduğu məkandan alın. Çünki belə yerlərdə həm qəhvənin keyfiyyətinə təminat verilir, həm də seçim zamanı peşəkar məsləhəti olur. Ona görə də təsadüfi yerlərdən qəhvə almayın!
2. Atalar yaxşı deyib: «Ucuz ətin şorbası olmaz». Bunu qəhvəyə də aid etmək olar. Əgər sizə ucuz qiymətə qəhvə təklif etsələr və keyfiyyətini tərifləsələr inanmayın!
3. Seçim edərkən qəhvənin etiketinə (malın üstünə yapışdırılan yarlıq) diqqət yetirin. Unutmayın ki, firma istehsalı olan qəhvənin etiketində qəhvənin istehsal olunduğu ölkə, rayon və dənələrin qovurulma hərarəti mütləq göstərilir. Axı qəhvənin qovurulduğu hərarət onun dadına və qiymətinə təsir edir. Belə ki, çox qovurulmuş qəhvənin acılığı az, qiyməti isə ucuz olur.
4. Qablaşdırılmaya nəzər salın. Əgər qablaşdırılma kip deyilsə, deməli sizə saxta mal təklif olunur.
5. Yadda saxlayın! Ümumi ərzaq mağazalarında qəhvə adətən digər ərzaq məhsulları ilə eyni anbarda saxlanılır. Qəhvə çox həssas olduğu üçün ətrafdakı qoxuları tez canına çəkir.
6. Dünyada qəhvənin bir çox növlərindən istifadə edilir. Əgər siz hansısa yeni növün dadına baxmaq istəyirsinizsə, tələsməyin! Əvvəl peşəkarla məsləhətləşin, sonra yeni növ qəhvədən azacıq alın. Belə olduqda qəhvə zövqünüzə uyğun olmadığı təqdirdə pulunuza qənaət etmiş olarsınız.

Top