Şalğamın tərkibində həm bol vitamin, həm də bol mineral var. Məsələn, şalğam vitaminlərdən A, B1, B2, B3 və C vitaminləri, minerallardan isə maqnezium, kalium, kalsium, fosfor və natrium mineralları ilə zəngindir. Məsələn, kalium yüksək təzyiqi aşağı salmaq, maqnezium isə qəbizliyin qarşısını almaq üçün ən yaxşı vasitələrdən biridir.
Şalğam şəkər xəstələri üçün faydalıdır, həmçinin hafizəni gücləndirir, bəlğəmi təmizləyir, quru öskürəyi, oynaq və sinir ağrılarını sakitləşdirir, mikroba qarşı təsirlidir.
Şalğam qaynadılmış suyu dəri çatlarının və qaşınmanın müalicəsi üçün münasibdir, təpitməsi isə zamanda şişi yatırır, çibanın tez yetişib, deşilməsinə səbəb olur.