Bal səhər yeməyinin ən ləziz qidalarından biridir. Lakin əsl balla saxta balı bir-birindən fərqləndirməyi də bacarmaq lazımdır. Biz isə sizə əsl balı ayırmaqda kömək edərik.
- Bal soyuducuda donursa, əsl baldır.
- Balın qalınlığı çox olmalı və axanda dayanmamalıdır. Kəsik-kəsik axan bal saxtadır. Güllərdən əldə edilən bal sürətlə, digər bal isə daha yavaş axır.
- Əsl balı qaşıqla alanda kəsilmir.
- Soyuducuda 1 ay qalan balın krem ya da kərə yağı qatılığa gəlməsi balın əsl olduğunun göstəricisidir.
- Qələmin ucunu bala batırın sonra barmağınıza sürtün. Rəngli yazırsa, qarışıq baldır, rəng çıxmırsa, əsl baldır.
- Soyuq havada donmayan bal isə saxtadır. Zeytun yağında olduğu kimi bankanın alt hissəsi donarsa, əsl baldır.
- Saxta balın rəngi bir az daha açıq olur, normal balın qoxusu isə yoxdur. Normal balın qatılığı daha çoxdur.
- Bal qaşıqdan yerə töküləndə uzanıb hörümcək toru kimi havada uçursa, saxta baldır.
- Bal donanda və ya şəkərlənəndə isti yerdə qoymaq və qabı ilə birlikdə isti suda saxlamaq kifayət edir.
- Əsl balın dadı saxta baldan daha kəskin olur. Çox yeyildiyi zaman yüngül yanma olur. Çünki əsl baldır.
- Balda az da olsa, şəkərdən dolayı alkoqol var. Buna görə də kibrit çöpü və ya kağız üzərində cızıldayaraq yanar.