Pendirin faydaları

Pendirin faydaları

Araşdırmalar nəticəsidə alimlər müəyyən edib ki, pendirin içində olan phenylethylamine adlı maddə qan dövranını sürətləndirir və qandakı qlukozanının səviyyəsini yüksəldərək beynə sevgi siqnalları göndərir. Pendir yüksək kalorili qida məhsuludur. O, südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə, deşikli və deşiksiz olur.

Pendirin tərkibində yüksək zülal payı (25%), yağ (60%-ə qədər) və mineral maddələr (3,5 %-ə qədər) var. Pendirin tərkibində olan zülallar insan orqanizimində südə nisbətən daha yaxşı həzm olunurlar. Pendirdə olan ekstraktlar dəmirin həzminə və yaxşı iştahın yaranmasına şərait yaradır. Pendirdə A, D, E, B1, B2, PP, C və başqa vitaminlər mövcuddurlar. Pendirə həm də südə olan elementlərin konsentratı kimi baxmaq olar: buraya zülallar, yağlar, mineral maddələr, kalsium, fosfor da daxildir.

Pendirlərin hazırlanması zamanı istifadə edilən südün tərkibi (qoyun, keçi, inək), istehsal prosesi (temperatur, ölçü), əlavə olunan dadvericilər, bakteriyalar,  göbələklər, sonrakı emalı (duzda saxlama) və yetişmə vaxtından asılı olaraq dadına və kondinsesninə görə müxtəlif pendir növləri əldə edilir. Hər bir pendir növü üçün də xüsusi pendir bıçağı mövcuddur. Pendirlər bərk, yarımbərk, yumşaq, toz və ərinmiş şəkildə mövcuddurlar.

Ağ pendirin faydalarıpendirin faydaları
  • Saçları gücləndirir 
  • Yaddaş zəifliyi və diqqətsizliyi normaya salır 
  • Görmə zəifliyini və katarakt olma ehtimalını azaldır
  • Vücudun protein ehtiyacını qarşılamada ən güclü qidalardan biridir
  • Xolestrol səviyyəsi aşağı olub yağ turşuları olmadığı üçün sağlam qidadır
  • Aminoasit qaynağı olduğu üçün zəka inkişafında böyük rol oynayır 
  • Bağırsaq mikro florasını tarazlayaraq zərərli mikroorqanizmləri məhv edə bilir 
  • İmmunitent sistemini gücləndirir
  • Vücuda təbii enerji verir 
  • A, B1, B2, B6, B12, Folik turşusu ilə bədənə fayda verir
  • Dişləri qoruyur. Qadınlarda sümük əriməsi probleminin qarşısını alır. (Klasium qaynağı olduğu üçün)
  • Uşaqların boy uzanmasını gücləndirir
  • Həzm sistemini asanlaşdırır
  • Pendir süd məhsulları yeməyən insanların üstünlük verdiyi qidadır 
  • Yağın tərkibindən asılı olaraq, 100 qram tamamilə yağlı pendirdə mövcud olan kalori miqdarı 260 kalori, az yağlı pendirdə isə 179 kaloridir. 
Top