Yumurtanın faydaları

Yumurtanın faydaları

yumurtaYayda yumurta yeməyin zərərli olduğunu düşünənlər var. Buna görə də çoxları qaraciyərinə zərər verəcəyi qorxusu ilə yumurta yemir. Halbuki, yumurtanın zərərli olmadığı təstiqlənib. Yumurtaya qarşı heç bir alergiyanız yoxdursa, hər mövsüm yeyə bilərsiniz.

Sarısı beyni inkişaf etdirir
B vitaminləri, sinir sistemini və beynin inkişafı, sağlamlığı üçün əvəzounlmazdır. Yumurtanın sarısı B vitaminləri ilə zəngindir. B vitaminləri uşağın beyinin inkişafına və sinir sisteminə çox yaxşı təsir edir. Buna görə də hamilə qadınlar yetəri qədər B vitamin qəbul etməlidir.

Protein qaynağıdır 
Yumurtanın içindəki proteinlər vücudumuz tərəfindən həzm olunur. Yumurtanın tərkibindəki proteinlər, tam proteindir. Yəni, parçalandıqları zaman vücdumuzun ehtiyac duyduğu bütün amino turşuları təmin edir. İdmançıların istifadə etdiyi  bəzi proteinlərin yumurta ağından istifadə edilməsi də boşuna deyil.

Yayda yaxşı saxlanılmayan yumurtanı yemək zərərlidir. Ancaq düzgün qaydada saxlanılmış yumurtanın insanı xəstənləndirməsi ehtimalı sıfra bərabədir. Yumurta qaraciyəri proteinlə zəngin olan başqa qidalardan daha artıq yormaz. Ancaq sizin yumurtaya allergiyanız varsa, həddindən artıq yumurta yeməyin.
Top