Duz

Duz

Duzun faydalarıduz haqqında nələri bilirik?
* Bədənin turşu-əsas tarazlığını qoruyur.
* Bədənin elektrolit tarazlığını təmin edir.
* Həddindən artıq istidə edən kəslərdə, əzələ krampları meydana gəlir. Bu Kramplardan duzlu su əridilərək xəstə müalicə edilə bilər.
* Təzyiqi aşağı xəstələrə duzlu yemək və içki verilərək təzyiq yüksəldə bilir.
* Süfrə duzu sidik meydana gəlməsini təmin edir. Sidik meydana gəlmədən maddələr mübadiləsinin təhlükəli olan son məhsulları çölə atıla bilməz.
* Duz eyni zamanda antiseptik, yəni mikrob öldürücüdür. Qidaların saxlanmasında, şoraba və duzlamalarda istifadə edilə bilər.
* Hamiləlikdə yod çatışmazlığı ana qarınındakı körpənin həm beyin, həm də bədən inkişafını mənfi təsir edir.
* Hamiləlikdə yod çatışmazlığı başağrılara, ölü doğumlara, körpənin maneəli doğulmasına, körpələrdə zəka geriliyinə səbəb olar. Uşaqlıq və gənclik dövründə yod çatışmazlığı fiziki və zehni inkişaf geriliyinə səbəb olmaqdadır.

Duzun zərərləri
— Yüksək təzyiqə və ürək və damar xəstəliklərinə gətirib çıxarır.
— Bəzi insanlarda, böyrəyin duz ( NaCl ) atma tutumu məhdud ola bilər və gərəyindən çox duz alınması, hiper təzyiqin ortaya çıxmasına və ya hiper təzyiqin müalicəsində müvəffəqiyyətsizliyə yol aça bilər.
— Həddindən artıq duz istehlakı, sidikdə kalsium atılmasını artırar. Bu isə sümüklərdə kalsium itkisinə səbəb olar. Kalsium itkisinin artımı isə sümük əriməsinin (osteoporoz) və sümüklərin qırılma riskini artırır.
— Pəhriz saxlayan şəxslərin duz istehlakına diqqət etməsi lazımdır. Çünki çox duz, bədəndə su tutulmasına gətirib çıxarır və bu vəziyyət adamda şişkinlik hissinə səbəb ola bilər.
— Duzun iştah açan bir xüsusiyyəti olduğundan, xüsusilə pəhriz dövründə yüksək miqdarda istifadə edilməməlidir.
— Hamilələrdə sağlamlıq problemləri yarada bilər.

Nə qədər duz qəbul etməliyik?
Sağlam həyat qaydalarından biri də gündəlik natrium ehtiyacını qarşılayacaq şəkildə duz istehlak etməkdir. Gündəlik natrium ehtiyacı 2400 milliqram. Bu miqdar gündəlik 5 qram  duzla qarşılana bilər. Qidaların içində olan təbii duz (natrium) fərdlərin gündəlik ehtiyacını qarşılayır.

Süfrə duzları yodla zənginləşdirilmişdir. Çox az miqdarda (1/4 çay qaşığı) yodlu duz, gündəlik yod ehtiyacını qarşılamaq üçün kifayətdir. Yod tez itkiyə uğradığında yodlu duzlar işıq keçirməyən bağlı qablarda saxlanmalıdır.
Top