Qarabaşağın faydaları

Qarabaşağın faydaları

qarabaşaqQarabaşaq həm dadlı, həm də çox faydalı bir məhsuldur. Digər yarmalarla müqayisədə məhz qarabaşaq yarmasının tərkibində çoxlu miqdarda zülal vardır.

Karbohidratların az olmasına görə qarabaşaq pəhriz məhsulu sayılır və diabet xəstələrinə, arıqlamaq istəyənlərə və s. qrup insanlara  uyğun gəlir.  

Bundan əlavə qarabaşaq vitamin və mikroelementlərlə zəngindir. Bu yarmada olan fol turşusu ürək və damarları möhkəmləndirir, qanın tərkibini yaxşılaşdırır. Bundan əlavə qarabaşaqda dəmir, kalsium, sink, fosfor, yod, mis və s. insan orqanizmi üçün çox vacib olan mikroelementlər vardır. 

Qarabaşaq həmçinin B1, B2, B6, P vitaminləri ilə də zəngindir. Bu vitaminlər sinir və immun sisteminə çox müsbət təsir edir. 

Digər yarmalar kimi qarabaşaq da sellüloz ilə zəngindir ki, mədə-bağırsaq sisteminin normal işləməsi üçün çox vacibdir, orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric edir.  

Qarabaşaq xüsusən uşaqların qidalandırılmasında mühüm rol oynayır. Onun qəbulu uşaqların fiziki və əqli inkişafına çox müsbət təsir edir.

Yaşlı insanların rasionunda da qarabaşaq mütləq olmalıdır. O, ateroskleroz və hipertoniya, artrit və s. xəstəlikləri zamanı orqanizmə böyük kömək edir.

Qarabaşaq kiseli
Bu kisel həm mədə-bağırsaq, həm də ürək-damar sistemi üçün çox xeyirlidir. 

Qarabaşaq yarmasını qəhvəüyüdən maşınında üyüdmək lazımdır. Sonra alınmış undan 3 stol qaşığı götürüb 300 ml soyuq suda qarışdırın və qaynara düşəndən sonra qarışdıra-qarışdıra bir neçə dəqiqə ərzində bişirin. 

Top