"BİOLOJİ TERROR"1-KOLBASA

"BİOLOJİ TERROR"1-KOLBASA

Mütəmadi olaraq aparılan laborator araşdırmalar zamanı hisə verilmiş kolbasa məhsullarının tərkibində fenol olduğu aşkarlanıb. Texnologiyaya görə kolbasa məhsullarının tərkibində fenol olmamalıdır. Çünki bu məhsulun hazırlanma texnologiyası kolbasaların hisə verilməsi zamanı yalnız odun məhsullarından istifadə edilməsini tələb edir. Məlum olduğu kimi yanma zamanı odun məhsulundan fenol ayrılmır.

Bir maraqlı məqam isə odur ki ətin qiyməti ilə kolbasa sosiskanın qiyməti arasında xeyli fərq var. Burada maraqlı bir məqam ortaya cıxır ki, əgər kolbasa məmulatları sex sahiblərinin iddia etdikləri kimi keyfiyyətli ətdən hazırlanırsa o zaman bazarda kiloqramı 8 manata yaxın satilan sümüklü et sonda necə 4-5 manatlıq kolbasaya çevrilir?? Bu ikiqatlıq fərq bir yana qalsın bəs bu istehsal prosesi, daşınma satış xidmətlərinin xərci haradan ödənilir?

O da maraqlıdır ki yoxlamalar zamanı Rusiya istehsalı olan hisə verilmiş kolbasalarda fenol aşkarlanmır. Mütəxəssislər bunun səbəbini yerli istehsalda hisəvermə zamanı neft kimya məhsullarından da istifadə olunmasıyla əlaqələndirirlər. Ümumilikdə isə nəinki belə hisəvermənin fəsadları eləcə də kolbasalara qatıan bəzi qoruyucu maddələr də bizim orqanizmimizdə yığılaraq gənclərimizdə sonsuzluq və kansoregen fəsadlar yaradır(rak)

Fırıldaqşı işbazların asan yolla pul qazanıb varlanmaq arzu və xəyallarının bizim saglamlığımıza vurulan zərərlər üzərində qurulmaması isə bizdən asılıdır- sadəcə çalışın belə məhsullardan uzaq olun!! Bu həm də bir növ "bioloji terrordur"  

Top