Bal alarkən nəyə fikir verməli?

Bal alarkən nəyə fikir verməli?

Balın  spesifik iyi və xoş  dadı olmalıdır. Əgər o, həddindən artıq ağdırsa, onun qənddən hazırlanmasına şübhə ola bilər. Əgər o, tünddürsə, süni də ola bilər. Əgər balın rəngi tünd, ətiri zəif, karamel dadı verirsə, deməli, əridilmişdir. 200S və yüksək temperaturda bal qaşığa sap kimi sarınmış olur. Əgər bal çox durudursa, onda deməli, hələ tam yetkin deyil, tərkibində su çoxdur. Belə bal qaşığa sarılmayacaq, qaşıqdan axacaq. Əgər bal qışda maye halında olarsa, onda güman etmək olar ki, o, odda əridilib.

Səthində köpüyün olması, turşməzə iy və yanmış dad balda qıcqırma nın əlamətlərini göstərir.
Yadda saxlamaq lazımdır ki, yol qırağında satılan balın tərkibində qurğuşun və digər zərərli maddələr ola bilər ki, bunlar bitkilərə tullantı qazlarından düşmüş olur. Yüksək temperatur və birbaşa düşən günəş şüaları bala məhvedici təsir göstərir.
Balın kəskin iyli yerlərdə (balıq, pendir, turşuyyat) saxlandıqda həmin qoxunu özünə çəkir.

Balın kimyəvi tərkibindəki faydalı maddələr onun mənbəyi ilə, yetkinliyi və ilin mövsümü ilə  əlaqədar dəyişə bilər.
Balın tərkibində qlükoza, fruktoza, saxaroza, su, zülali maddələr, azotlu maddələr, fermentlər, fermentlər, üzvi turşular, 30 adda mineral maddələr, vitaminlər (B1,B2, B3, B5, E, K, C) müşahidə olunur.
Balın zəngin kimyəvi tərkibi onu tamamilə müxtəlif, bir-birindən fərqli xəstəliklər zamanı ən qiymətli müalicə vasitəsi kimi müvəffəqiyyətlə işlətməyə imkan verir.

Hazırladı: S. Aytən
Mənbə: İqtisadiyyat qəzeti
Top