Zeytun yağının faydaları

Zeytun yağının faydaları

Qədim Yunan əfsanələrinə görə, Poseydon və Afina Attika şəhərlərindən birinə öz adını vermək uğrunda mübarizə aparırdılar. Paseydon üç dişli çomağını yerə vuraraq qayada duzlu bulaq yaratdı. Afina isə nizəsini cansız daşlara vuraraq orada zeytun ağacı yetişdirdi. 12 Olimpiya allahı Zevsin qızını alqışladı və şəhər onun şərəfinə Afina adlandırıldı. Beləliklə, həmin dövrdən başlayaraq zeytun ağacları yarandı və artmaqda davam etdi. İnsanlar da artıq 3 min ildən çoxdur ki, zeytunu ləzzətlə yeyir və onun tumlarından alınan yağdan bir çox məqsədlər üçün istifadə edirlər.
Zeytun yağı insan orqanizminə təsir xüsusiyyətlərinə görə digər yağlar arasında lider sayıla bilər. Onun tərkibində antioksidantlar və doymamış yağ turşuları vardır ki, bunlar da orqanizmi onkoloji, ürək-damar xəstəliklərindən qoruyur. Tərkibində çoxlu miqdarda olein turşusu olduğundan zeytun yağı orqanizmdən xolesterinin çıxarılmasına kömək edir.
Ürək-damar xəstəlikləri zamanı:
gündə 2-3 dəfə salatlar hazırlayın və onlara zeytun yağı əlavə edərək yeyin.
Xroniki baş ağrıları zamanı:
gündə 2-3 dəfə yeməkdən əvvəl 1 ç.q. zeytun yağı qəbul edin. O ağrıkəsici kimi təsir edir. Belə ki, alimlər aydınlaşdırmışlar ki, onun təsiri ağrıkəsicilərin tərkibində olan ibuprofenə uyğundur. 1 kurs müalicə üçün 0,5 litr yağ kifayət edir.
Qastrit, kolit, ağız, mədə və bağırsaqların selikli qişasının yanması ilə nəticələnən zəhərlənmələr zamanı:
Gündə 3 dəfə yeməkdən əvvəl 2 x.q. zeytun yağı içmək məsləhət görülür.
Öd yollarında daşlar olduqda:
gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl, yarım çay qaşığından başlayaraq dozasını yarım stəkana qədər artıraraq qəbul edin.
Qəbizlik zamanı:
səhər acqarına 1 x.q. limon şirəsi və ya ilıq su ilə qarışdırılmış 1 x.q. zeytun yağı için.
Qulaq ağrısı zamanı:
qulağınıza pambıq tıxayın, üzərinə 10 damcı zeytun və lavanda yağlarının qarışığını damızdırın.
Qulaqlarınızda kükürdlü tıxaclar olduqda:
hər qulaq dəliyinə 20 damcı ilıq zeytun yağı damızdırın, bu zaman başınızı irəliyə doğru elə əyin ki, yağ dağılmasın. 10 dəqiqə sonra başınızı əks tərəfə əyin –yağ tıxacla birgə qulaqdan xaric olacaq.
Sıyrıntılar, əzilmələr, yaralar üzərində qartmaqlar olduqda:
zədə yerinə zeytun yağı çəkin.
Arı sancması zamanı:
zeytun yağı ilə kompress edin, onu hər gün dəyişərək yaxşılaşana qədər davam edin.
Zeytun yağı kosmetologiyada
Elə təbii vasitələr var ki, elm nə qədər sürətlə inkişaf etsə belə onlarsız keçinmək mümkün deyil. Əsrlər boyu gözəllik naminə istifadə edilən zeytun yağı da məhz belə vasitələrdən biridir və müasir kosmetologiyada özünə məxsus yer tutur. Beləliklə, kosmetoloqlar aşağıdakı hallarda zeytun yağını işlətməyi məsləhət görürlər:
Quru, qabaqlanan dəri üçün, eləcə də sellilütin profilaktikası üçün
hər gün üzü və bədəni zeytun yağı ilə silmək məsləhət görülür.
Zərif, qabıqlanan, həmçinin qırışan (xüsusilə gözlər ətrafında) dəri üçün:
1 x.q. zeytun yağını həmin qədər bal və yarım yumurtanın sarısı ilə qarışdırın. Həftədə 1 dəfə üzünüzə çəkərək, 15-20 dəqiqə saxlayın. Sonra ilıq suda isladılmış pambıqla yuyun.
Quru, haçalanan saçlar üçün:
Həftə ərzində hər gün zeytun yağını saçların dibinə çəkin, 2-3 dəqiqə başın tüklü hissəsini massaj edin.
Dırnaqlar sındıqda:
Hər gecə dırnaqları zeytun yağı ilə limon şirəsinin qarışığı ilə silin.
Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti
Top