Üzümün faydaları

Üzümün faydaları

Ürəyə və bədənə gümrahlıq verən, bayramlarda ziyafətlərin bəzəyi olan üzüm haqqında danışacaq onun xeyirlərini öyrənəcəyik. Üzümün sağlamlığımıza göstərdiyi təsir çox əladır. Belə ki, üzüm meyvəsi böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər, qaraciyəri tənzimləyər. Qara üzüm qabığı və tumları ilə birlikdə yeyilərsə, hüceyrə yenilənər. Üzüm həzm prosesini asanlaşdırır, qan azlığını tənzimləyir. Lakin onu da qeyd edək ki, kalorisi yüksək olan üzümün 1 gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın. Müxtəlif minerallar və vitaminlərlə zəngin olan üzümün insan sağlamlığındakı rolu yüksəkdir. Üzüm həm fiziki, həm də zehni işlərlə məşğul olanlar üçün faydalıdır. İmmunitet sisteminin möhkəmlənməsi, qanazlığının müalicəsində üzümün rolu böyükdür. Üzüm həmçinin, qanın təmizlənməsində, orqanizmdə yığılan zərərli maddələrin xaric edilməsində əhəmiyyətli yeri var. Üzüm ürək-damar sisteminin fəaliyyətini nizamlayır. Üzümün çəyirdəyi də şəfa mənbəyidir. Belə ki, üzüm çəyirdəyinin tərkibində təbii antioksidant birləşmələri mövcuddur. Üzüm çəyirdəyində olan bu birləşmələr immunitet sistemini möhkəmləndirir, xərçəng toxumalarının və xəstəlik yayan bakteriyaların əmələ gəlməsinin qarşısını alır. Hətta kliniki araşdırmalar nəticəsində üzüm çəyirdəyinin bəzi göz və dəri xəstəliklərinin müalicəsində də gözəl nəticələr verdiyi göstərilir. Üzümün yarpağından bişirdiyimiz dolma isə sözsüz milli mətbəximizin ən gözəl nemətləri sırasındadır.
Top