Bütün meyvələrin özünəməxsus faydaları var və insan sağlamlığı üçün xüsusi əhəmiyyət daşıyır. İndi isə bəzi meyvələrin faydalı xüsusiyyətinə diqqət yetirək.
Böyürtkən: Böyürtkəndən çox yedikdə gözlərin görmə fəaliyyətini qüvvətləndirir .Kökünü suda qaynadıb suyunu içdikdə böyrək və sidik kisəsinin daşlarını əridib tökür.Yarpaqlarını əzib sıyıq kimi göz ağrılarında gözün üstünə qoyaraq bağladıqda müalicəvi təsir göstərir.
Badam: Badam ,kişmiş və şəkərlə birlikdə yeyildikdə xroniki öskürəyi kəsir,ağciyərləri bəlğəmdən təmizləyir,damarların kirəcləşməsinin qarşısını alır. Uzun müddət yeyildikdə insanı kökəldir,qüvvətləndirir,qan yaranmasını gücləndirir,gözün görmə fəaliyyətini artırır.
Badam yağı: Badam yağı buruna damızdırıldıqda beyinə müsbət təsiri olur. Acı badamyağı qulağa damızdırıldıqda başdakı uğultunu sakitləşdirir. Acı badam yağı böyrək və sidik kisəsini qumdan təmizləyir.
Banan: Banan qan yaranmasını gücləndirir. Limon suyu ilə banandan məlhəm hazırlayıb dəri xəstəliklərini müalicə edirlər. Həzm prosesi çətinləşdikdə bananı balla və ya şəkərlə yedikdə nəticəsi müsbət olur Bananı əzib 1 xörək qaşığı balla 1stəkan suda qatıb içdikdə öskürəyi kəsir.