Meyvələr gözəlləşdirir

Meyvələr gözəlləşdirir

Gözün ətrafındakı qırışları aradan qaldırmaq üçün 1 qaşıq badam yağı, 1 qaşıq soya yağı və 1 qaşıq avokado yağını birlikdə qarışdırın. Bu qarışıqdan hər gecə yatmazdan əvvəl gözünüzün ətrafına yumşaq hərəkətlərlə masaj edərək vurun. Səhər üzünüzü yuyub, yumşaq dəsmalla qurulayın.
Gözün altındakı torbalar üçün 1 ədəd kartofu halqa şəklində kəsib, gözlərinizin üzərinə qoyun və 15-20 dəqiqə saxlayın. Həm gözünüzün altındakı torbalar yox olacaq, həm də gözünüzdəki qızartıların çəkilməsinə kömək edəcək.
Gözaltı kölgələrə görə isə 1 ədəd xiyarı sürtgəcdən keçirib, soyuducunun buzluğunda dondurduqdan sonra gözlərinizin kölgə olan hissələrində 5 dəqiqə gəzdirin. Və yaxud 1 ədəd kartofu sürtgəcdən keçirib, suyunu çıxarın. Həmin suya pambığı batırıb, gözünüzün ətrafına kompres qoyun.


Losyonu özün hazırla


Yatmazdan əvvəl acı badam yağı ilə dərinizi yaxşıca silin. Səhər ilıq su ilə duş alıb qurulanın.
Badamlı süd: 4 qaşıq döyülmüş badamı yarım stəkan südə əlavə edib, arabir qarışdıraraq 8 saat saxlayın. Sonra süzüb, şüşə qabda soyuducuda saxlayın. Dərini təmizləyən və nəmləndirən bu südü üzünüzə və əllərinizə vurun. Süzdüyünüz badam qalıqlarını da atmayın. Südlə dərinizi təmizlədikdən sonra həmin badam qırıntılarından dərinizdəki ölü hüceyrələri təmizləmək üçün istifadə edə bilərsiniz.
Badam südü: 100 qram döyülmüş badamı 1 litr mineral su ilə qarışdırıb, soyuducuda saxlayın. Bu losyon dəriniz üçün çox faydalıdır.


Bəs dırnaqlar?


Dırnaqlarınızın sağlam olması üçün bəzi nüansları unutmayın:
Dırnaqları mümkün qədər sudan uzaq tutun, çünki dırnaq suyu daha tez özünə çəkdiyindən yumşalır və zəifləyərək qırılır. Ev işləri görərkən əlcəkdən istifadə edin.

Əllərinizi də unutmayın


Əllərinizin yumşaq olması üçün: 1 şirniyyat qaşığı balı azacıq isidərək əridin. İçinə 2 qaşıq küncüt yağı, 1 qaşıq badam yağı və 1 qaşıq qliserin əlavə edib, krem alınana qədər qarışdırın, bankaya tökün. Gecə yatmazdan əvvəl əllərinizə bu kremdən vurub dərinizə yaxşıca yedirdikdən sonra yumşaq əlcək geyinin.


Dərinizə görə əllərinizə qulluq edin


Əllərin ən böyük düşməni təmizlik maddələridir. Buna görə də əllərinizə qulluq etmək üçün dərinizin xüsusiyyətinə uyğun kremlərdən istifadə edin. Əgər dəriniz normaldırsa, yatmazdan əvvəl barmaqlarınıza və barmağınızın aralarına yağlı krem sürtün. Çünki bu hissələr çatlamaya daha çox meyillidir. Əllərinizin üzərinə isə normal dəri kremi vurun. Əlinizdə ləkə varsa, limon suyuna duz qatıb əllərinizi bununla ovuşdurun.

Ayaqlarınızı da düşünün


Topuqlarınızın bərkiməməsi, yumşaq olması üçün bir dilim limonla ovun. Əgər ayaqlarınız qızarıb şişirsə, saatlarla isti suda saxlamayın, kremlə ovxalayın. Döyənək olmuş nahiyələri zeytun yağı ilə ovuşdurun. Yaxud limonu ortadan kəsib, qabığını soyaraq tərs çevirin. Qabıq hissəsinə yağ vurub, döyənək olan bölgələrə sarıyın. Bu tövsiyələr döyənək olmağa başlayan, ancaq tam döyənək olmayan hallarda təsirlidir.
Top