Bitki yağları

Bitki yağları

Bitki yağlarının insan orqanizmi üçün faydalı olduğu məlumdur.Təsadüfü deyil ki, həkimlər gündəlik rasionda,yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər.Zeytun,günəbaxan,qarğıdalı,soya,araxis-bunların hamısını sadalamaqla bitməz.Bəs hansılardan istifadə edək və hansılardan uzaq duraq?

Günəbaxan yağı-ən faydalısı sayılır.Çünki doymamış turşularla zəngindir.Bu da immuniteti möhkəmləndirir və qan damarlarının elastikliyini artırır.

Qarğıdalı yağı- E vitamininin zənginliyinə görə liderlər sırasına düşüb.Bu vitamin orqanizmin qocalmasını ləngidir.B qrupu vitaminləri ilə də zəngindir ki,bunun da saçlara, dəriyə çox faydası var.Rafinə olunmamış yağ isə fosfatla zəngindir.Fosfat beyinə lazım olan maddəlardəndir.

Zeytun yağı- ürək-damar sisteminin müalicəsində böyük xeyiri var.Tərkibində doymamış turşular azlıq təşkil edir.Lakin bu yağ digərlərindən daha tez həzm olunur.Həzm sistemində,qaraciyər və öd kisəsi xəstəliklərində problemlər olduqda acqarına 1 qaşıq içmək məsləhətdir.

Soya yağı- uçaq qidasında istifadə üçün ən xeyirli yağdır,çünkü o lesitin və xolinlə zəngindir.Bu maddələr uşaqlarda mərkəzi sinir sisteminin və görmə aparatının inkişafı üçün əvəzolunmazdır.Soyuq halda istifadəsi məsləhətdir.

Kətan yağı- yağlı turşularla 2 dəfə zəngindir,bu balıq yağının tərkibində olandan daha çoxdur.Hamilə qadınların istifadəsi məsləhətlidir.Çünkü uşaq beyninin bətndaxili düzgün inkişafına və doğuşun yaxsı keçməsinə köməy olur.Bunun üçün gündəlik 1 qaşıq içmək kifayətdir.Bu yağı sıyığa və salatlara istifadə etmək olar.Qarqara etmək üçün də məsləhətlidir.O selikli qişadakı yaraları tez 1 zamanda sağaldır.

Küncüt yağı- təzyiqi yüksək olanlara məsləhət görülür.Mikroelementlərlə zəngindir.A və E vitaminləri tərkibində kifayət qədərdir.

Araxis,çaytikanı yağları- nəinki mövsümi infeksiyalardan,həmçinin yuxusuzluqdan da azad edir.Yaddaşı,diqqəti,eşitmə qabiliyyətini artırır.

Bitki yağlarını necə qorumalı?

Bitki yağlarının 3 düşməni var-işıq,isti və oksigen.Buna görə onları yanan pilətənin yanında və pəncərə qarşısında saxlamaq olmaz.Şüsə qabın ağzını kip bağlamaq lazımdır.Yağları alan zaman mütləq istifadə müddətinə baxılmalıdır.İstifadə müddəti keçmiş yağların mütləq dadı,ətri dəyişir.Yağda nə isə qizartdıqdan sonra,onu təkrarən istifadə etməyin.Çünkü bu zaman onun tərkibində dəyişikliklər baş verir və toksik,yəni kanserogen maddələr əmələ gəlir.

Top