Ailəvi yeməyin əhəmiyyəti

Ailəvi yeməyin əhəmiyyəti

Ailəvi yemək adi yığıncaq deyil. Bu, öz hisslərini ifadə etmək fürsətidir: mən sizi sevirəm, siz mənim üçün qiymətlisiz, mən sizinlə vaxt keçirtmək istəyirəm.
Dadlı yeməyi hamı sevir. Amma çoxdandır ki, əksəriyyət səhər, nahar və şam yeməyində süfrə başına yığışmaq ənənəsini unudub. Kimsə işdən gec çıxır, kiminsə teatr kursunda və ya idman zalında məşğələsi var var və s. Ailəvi yeməyin əhəmiyyət
Ailənin süfrə başına yığışması yemək yeməkdən əlavə söhbət etmək, gülmək, sevgini ifadə etmək, bir-birinə dəstək olmaq fürsətidir. O, ailə üzvlərini bir araya gətirir, əlaqələrin möhkəmlənməsinə töhfə verir. Uşaqlar ailələri ilə birlikdə yemək yeyəndə bunları öyrənir:
  • Mütəmadi və düzgün qidalanma.
  • Dügün davranış qaydaları. Məsələn, uşaq yeməyini ata, ana, qardaş və bacısı ilə paylaşanda səxavətli olmağı öyrənir.
  • Ünsiyyət qurmaq. Süfrə arxasında uşaqlar danışmağı və qarşı tərəfə hörmətlə qulaq asmağı, söz ehtiyatlarını zənginləşdirməyi və fikirlərini düzgün şəkildə ifadə etməyi öyrənirlər.
  • Əməkdaşlıq. Uşaqların süfrənin qurulması, ailənin digər üzvlərinə xidmət etməsi və süfrənin yığışdırılması prosesində iştirak etməsi vacibdir. Yaşca böyük uşaqlar hətta yeməyin hazırlanmasında ailə üzvlərinə kömək edə bilərlər.
Evdə bu cür mehriban abu-hava uşaqların həyat tərzinə kömək edir. Belə halda onlar daha az darıxır, tədris prosesində isə daha məhsuldar olurlar.

Mənbə: psy.rin.ru
Top