Xoşbəxt münasibətlərin əsas əlaməti nədir

Xoşbəxt münasibətlərin əsas əlaməti nədir

Britaniyalı illüzionist Derren Braun uzun illərdir ki, xoşbəxtliyin fəlsəfəsini və psixologiyasını öyrənir. O hesab edir ki, hər birimiz öz həyatımızı yaxşılığa doğru dəyişə bilərik.Təsəvvür edin ki, çayın bir sahilində dayanmısız və sizə o biri sahilə keçmək lazımdır.Yanınızda azarkeşləriniz var və onlar sizə ürək-dirək verirlər. Siz qərarlı bir şəkildə suya girir, amma suyun axınını nəzərə almağı unudursuz.Və bütün cəhdlərinizə baxmayaraq axına güc gələ bilmirsiz. Qarşı sahilə çıxanda görürsüz ki, nəzərdə tutduğunuz yerdən xeyli aralıdasız. Britaniyalı illüzionist Derren Braun
Pul və xoşbəxtlik arasında sirli əlaqə varmı?
Pul insanı necə dəyişdirir?
Etiraf etmək heç xoş deyil, amma həyatımız da çox vaxt bu trayektoriya üzrə gedir. Nəzarətimiz xaricində olan güclər hədəfimizə çatmağa mane olur.
Bu, britaniyalı illizionist, hipnozçu və yazıçı Derren Braunun «Xoşbəxtlik» («Happy») kitabından əxz etdiyim ən vacib dərslərdən biridir.
Motivasiya kitablarının əksəriyyətində həyatın coşqun axınlarına qarşı israrlı olmaq və pozitiv düşünmək tövsiyə olunur.
Amma qədim yunan stoiklərindən və alman filosofu Artur Şopenhauerdən ilhamlanan Braun hesab edir ki, belə yanaşma məyusluğa aparan yoldur.
Həyatın proqnozlaşdırılan olmadığını qəbul etmək lazımdır, biz onun həmişə öz planlarımıza uyğun gəlməsini təmin edə bilmərik" — Braun belə deyir.
O hesab edir ki, bizim öz təcrübəmlərimizə münasibətimizlə sehrbazlıq arasında böyük oxşarlıq var. İllüzionist tamaşaçıları hansısa hadisəyə inandırmağa çalışanda bəzi uyğunsuz faktlardan yan keçir. Həyatımızın tarixini təsvir edəndə bizim beynimiz də eynilə bu cür davranır.
Ağaclardan həyat və xoşbəxtlik haqqında nə öyrənə bilərik?
Pul səadət gətirmir.
Siz özünüzə uğursuz biri olduğunuzu deyirsiz və ancaq pis hadisələri xatırlayırsız. Özünüzü inandırmısız ki, sevgidə bəxtiniz gətirmir və qeyri-şüuri olaraq həmişə uğursuz münasibətləri seçirsiz.
Biz bu hekayələri hələ uşaqlıqdan mənimsəyirik.Valideynlərimizin məyusluq tarixçələrini miras götürüb həyatımıza onlarla birlikdə başlayırıq. İnanırıq ki, uğur qazanmaq üçün sevgi tapmalıyıq və başqalarının ehtiyacları bizimkindən daha vacibdir.Bu məsələylə bağlı daxili inancımızın səhv olduğunu qəbul etsək, həyəcanımızı bir qədər azaldıb daha xoşbəxt ola bilərik.
Braun hesab edir ki, əsas problemlərdən biri həyatımızın məqsədini seçə bilməməyimizdir.insanlar varlanmağı arzulayırlar, amma araşdırmalar göstərir ki, komfortun bəlli səviyyəsinə çatandan sonra nə qədər pullansaq belə, biz özümüzü daha artıq xoşbəxt hiss etmirik.Buna inanmayanlar üçün Braun bir eksperiment təklidf edir.
Təsəvvür edin ki, bir səhər yuxudan oyanıb dünyada sizdən başqa heç kimin olmadığını aşkar edirsiz. İndi siz istədiyiniz binanını seçə bilərsiz, hətta Bukengem sarayını da.Amma bu sizə lazımdırmı? Siz yəqin ki, uyğun və rahat bir evə yerləşərsiz.Eyni şey brend paltarlara, bahalı avtomobillərə və müasir texnologiyaya da aiddir.Təəccüblüdür, deyilmi? Başqalarını heyrətləndirmək üçün biz nə qədər çox şey alırıq" — Braun deyir.Bu çox reklam olunan pozitiv düşüncə əslində yanlış yoldur. Bizə danışılan bütün uğur hekayələri əslində istisnalardır. Bizi inandırmağa çalışırlar ki, əsas məsələ israrlı və qərarlı olmaqdadır.Amma özünə inanmasına baxmayaraq irəliləyə bilməyən sahibkarların sayı daha çoxdur.On başlanğıcdan doqquzu uğursuzluqla nəticələnir.
Əlbəttə, Braun arzularımızdan imtina etməli olduğumuzu demir. Amma çay kənarındakı üzgüçü haqqındakı məcaza qayıdaq — həyatın axınlarını nəzərə almamaq olmaz, çünki onlar mütləq qarşımıza çıxırlar.
Braun pozitiv düşüncə əvəzinə stoik filosofların ideyalarına diqqət etməyi məsləhət görür. Onlar deyirlər ki, biz dəyişə biləcəyimiz şeylərlə gücümüz çatmayan reallıqları bir-birindən ayırd etmyi bacarmalı və onları qəbul etməliyik.Əgər bir şey məni narahat edib qanımı qaraldırsa, sadəcə düşünürəm ki, problem hansı tərəfdədir? Baş verənlər mənim fikir və hərəkətlərimin nəticəsidir, yoxsa başqasının? Onda mən belə qənaətə gəlirəm ki, həmin şəxsin idiot olmasında qorxulu bir şey yoxdur, ya da mənim partnyorum stresin öhdəsindən gələ bilmir. Bu, artıq mənim məsləm deyil. Əgər mənim məsələm deyilsə, nə üçün mən öz vaxtımı ona sərf etməliyəm?Əlbəttə, mən başqa birinə kömək edə bilərəm, amma bu zaman mütləq müəyyən emosional səd çəkirəm.Braun öz fəlsəfəsindən daha bir misal çəkir.
Tenis oynamağa başlayanda özünüzə «Mən mütləq qalib gəlməliyəm» deyə bilərsiz, halbuki, bu sizdən asılı deyil. Amma qələbə üçün maksimum səy göstərəcəyinizi düşünsəz, məğlub olsaz belə, çox da böyük məyusluq hiss etməzsiz, çünki bu, sözün həqiqi mənasında məğlubiyyət deyil.
Braun hər səhər belə bir məşq etməyi tövsiyə edir: gün ərzində rastınıza çıxıb sizi məyus edəcək mümkün çətinliklər barədə düşünün.Həyata nisbətən kənardan baxanda biz rasional şəkildə dərk edə bilirik ki, hər şey bizdən asılı deyil. Onda nəzarət edə bilmədiyimiz şeyləri sakit qarşılamaq olur.Bu yanaşma imkan verir ki, diqqətimizi dəyişə bildiyimiz şeylər üzərində cəmləşdirək.Bunu etməyin ən yaxşı üsulu telefonu kənara qoymaq — sosial şəbəkələrə baxmaq əvəzinə qarşıdakı gün haqqında düşünməkdir. Sosial şəbəkələrə kənar gözlə baxmaq da faydalıdır. Bu bizə "İnstaqram«dakı ideal mənzərənin gerçək həyatdan çox uzaq ola biləcəyini xatırladır.Braunla söhbət zamanı mən qəfil düşünürəm ki, bu məşhur insan bizə həqiqi kimliyinin nə qədərini göstərir.Həyatın bəzi anlarındakı gücsüzlüyümüzə stoik yanaşma, deyəsən, ona doğrudan da böyük yüngüllük gətirir.Xatırlayırsızmı, uşaq vaxtı səhər oyanıb məktəbə getmək lazım olduğunu düşünürsən və birdən yadına düşür ki, bu gün şənbədir — Braun belə deyir.

Hər birimiz məhz bu cür məmnunluq hissinə can atmalıyıq.
Top