Cütlüklərin ən çox anlaşmazlıq yaşadığı 5 məsələ

Cütlüklərin ən çox anlaşmazlıq yaşadığı 5 məsələ

Qısqanclıq problemi
Qısqanclıq münasibətlərin qatilidir desək, yanılmarıq. Təsadüfi deyil ki, cütlüklərin ən çox mübahisə etməsinə səbəb olan amillərdən biri məhz qısqanclıqdır. Düzdü, qısqanclıq hissi demək olar ki, hamıda var, amma bu məsələdə ifrata varmaq təhlükəli hal hesab olunur. Məsələn, həyat yoldaşınız vaxtını dostları ilə birlikdə keçirəndə ona tez-tez zəng edir və ya mesaj yazırsınızsa, bu adətinizdən əl çəkməlisiniz. Bu yöndə ən kiçik addım atmaqla dəyişikliyin əsasını qoya bilərsiniz. Əgər bunu bacarmasanız, psixoloqdan dəstək almağınız məsləhətdir.

Maddi sıxıntılar
Ailələrin gündəmini tez-tez “zəbt edən” maddi problemlər cütlüklər arasında anlaşmazlıqlara səbəb olur. Düzdür, hamı dəbdəbəli həyat sürmək arzusundadır, amma bu, heç də hamıya nəsib olmur. Bunu anlayan cütlüklər bu məsələ üzündən dava etməməklə ən doğru addımı atır. Bu mənada xərclərə qənaət etmək və zəruri xərclərdən sonra büdcənizdə qalan pula uyğun yaşamalısınız. Belə olduqda mütəxəssislərin ən çox boşanma səbəbi kimi göstərdiyi problemlərdən biri olan maddi sıxıntılar sizin ailə münasibətlərinizə təsir etməyəcək.



Ev işlərinin bölüşdürülməsi
Adətən, qadınlar evin təmizliyində kişilərdən daha diqqətli olur. Hətta əksər hallarda ev işləri bütövlükdə qadının üzərinə düşür. Bu hal isə bəzən ailədə problemlərə səbəb olur. Amma unutmaq lazım deyil ki, həyat yoldaşınız belə demək mümkünsə, sizin ruh əkiziniz deyil. Başqa sözlə, qarşı tərəf sizin qədər təmizkar, ev işlərində səliqəli və diqqətli olmaya bilər. Bu tip durumlarda ən yaxşı varinat onunla bu məsələni müzakirə etməkdir, ancaq bunu əsəbi halda etmək ən böyük yanlışlıq olar. Məsələn, həyat yoldaşınızla bu haqda danışanda “mən sənin xidmətçin deyiləm” kimi ifadələr işlətmək qətiyyən olmaz. Bu halda alacağınız cavablar sizi daha dərindən yaralaya və münasibətlərinizi sarsıda bilər.

Hegomonluğun fəsadları
Cütlüklər üçün ən ciddi problemlərdən biri də birlikdə keçirdikləri zamanın hər iki tərəfin ürəyincə olmamasıdır. Ailədə tərəflərdən birinin hegomonluq etməsi hadisələrin də onun istədiyi məcrada davam etməsi anlamına gəlir. Bu məsələni həll etmək üçün aqressivləçmək lazım deyil. Əgər məsələni müzakirə etməklə yoluna qoya bilmirsinizsə, vaxtınızı bir-birinizdən ayrı-ayrı keçirin. Unutmayın ki, cütlüklər heç də bütün zamanını birlikdə keçirmək məcburiyyətində deyil.

Bu kinoya baxmaq istəmirəm
Hər iki tərəfin bəyənərək izləyəcəyi hər hansı bir Televiziya proqramı və ya kino tapmaq heç də asan deyil. Amma bu səbəbdən həyat yoldaşınızın izlədiklərini aşağlamaq ən böyük xətalardandır. Bunun əvəzində həyat yoldaşınıza “bu dəfə də mənim sevdiyim nələrisə izləyək” təklifini verə bilərsiniz. Belə məqamlarda tərəflərin öz istəklərini bir kənara qoyaraq, güzəştə getməsi lazımdır.

genaile.az
Top