Xəyanətdən sonra evliliyi necə xilas etməli?

Xəyanətdən sonra evliliyi necə xilas etməli?

Aldatmaq tərəfdaşınıza, sevgilinizə etmiş olduğunuz ən böyük xəyanətdir. Xüsusilə altında cinsi məzmun olan bu fakt günümüzdə insanların “heç vaxt bağışlamayacam” düşüncəsinə səbəb olur. Təqdim etdiyimiz məlumatlar sayəsində uzun bir cəhddən sonra özünüzü tərəfdaşınıza bağışlatdıra bilərsiniz.

Aldatma sonrasında bəzi cütlükər ayrılmayaraq ailələrini müxtəlif səbəblərdən davam etdirir. Bu hadisə sonra cütlər arasında müxtəlif dəyişikliklər görünür. Xüsusilə aldadılan şəxs, tərəfdaşına qarşı qərəzli davranır və ona artıq güvənmir. Lakin günümüzdə bəzi cütlər, aldatma sonrasında ailələrini təkrar xilas etmək üçün səy sərf edir.

Əslinə baxsaq aldatma sonrasında evliliyin bitməsinə səbəb cütlərin bir-birilərinə yenidən inam hissi duyub eşidə bağlıdır. Yenidən inam hissini əldə edəcəyini düşünən cütlər münasibətlərini bitirməyərək davam etdirir. Aparılan araşdırmalara görə, evlilik içərisində gedən aldatma problemindən sonra cütlər bir-birlərinə daha da bağlanır.

Barışmaq
Vəziyyət sonrasında hər iki tərəf bu vəziyyəti qəbul etməlidir. Baş verən bu hadisədən sonra barışmaq və sakit olmaq olduqca əhəmiyyətlidir.

Üzləşmək
Yaşanılan hadisə sonrasında əgər barışmağı seçmizinizsə sakit bir şəkildə vəziyyətlə üzləşin. Sakitliyinizi qoruyun və vəziyyəti bütün açıqlığı ilə öyrənin.

Heç vaxt geriyə dönməyin
Aldadılma qarşısında vəziyyəti qəbul etmisiniz və əlaqənizi xilas etmək istıyirsinizsə, heç vaxt geriyə dönməyi düşünməyin. Davamlı olaraq bu məsələni danışmağınız, davamlı olaraq bu hadisəni ağlınıza gətirməyiniz əlaqənizin pisə getməsinə səbəb ola bilər. Bu səbəblə heç vaxt vəziyyəti özünüzə xatırlatmayın. Razılaşın, amma heç vaxt eyni nöqtəyə geri dönməyin.

Qarşılıqlı ittiham etməyin
Ümumiyyətlə aldatma sonrasında aldadan şəxs “sənin üzündən etdim, sən belə etməsəydin mən də səndən uzaqlaşmazdım" kimi sözlər sərf edir. Bu sözləri işlətmək və əvəzində sizin də müxtəlif üsullarla ittiham etməyiniz münasibətinizi xilas etməkdən çox çıxılmaz vəziyyətə sürükləyir. Adətən bu məsələlərin qayıtdığı münasibətlərdə ayrılma vəziyyəti qaçılmaz olur.

Psixoloji dəstək vacibdir
Son dərəcə kədərli bir hadisə yaşadınız və bu üzüntüdən qazanclı bir şəkildə ayrılmaq istəyirsiniz. Bu qərarınız həqiqətən çox doğrudur. Aldatma kimi vəziyyətlərdə qarşı tərəflə tez-tez davalar etmək əlaqənizin bitməsinə səbəb olur.

Uzaqdan bir mütəxəssisdən kömək almanız, sizin bu məsələdə yetkinliyinizi ortaya qoyacaqdır. Ekspert köməyi ilə qarşı tərəfə necə davranmalı olduğunu və əlaqənizi necə xilas etməyiniz lazım olduğunu daha yaxşı bir şəkildə öyrənəcəksiniz.

gencaile.az
Top