Bir-birimizi nə qədər tanıyırıq?

Bir-birimizi nə qədər tanıyırıq?

Yaraladılışdan insanlar qadın və kişi olaraq fərqlidirlər. Onların arasındakı münasibətlərin sağlam olması üçün iki cinsin də qarşı tərəfin özündən fərqli olduğunu bilməsi gərəkdir. Əks təqdirdə bizim hiss etdiyimizi onun da hiss etməsini və ya bizim istədiyimizi istəməsini arzulayarıq. Bu isə nə mümkündür, nə də doğru və lazım. Çünki insanlar bir şəkildə yaradılmamışdır. Biz sevdiyimiz insana necə davranırıqsa qarşı tərəfin də bizə elə davranmasını gözləmək, yetkinləşməmiş şəxsiyyətin göstəricisidir.

Qadınlar, çox vaxt kişilərin onları dinləmədiyindən və anlamadığından şikayət edirlər.
Kadının münasibətlərdə vacib saydığı məqam, paylaşmaq və yaxınlıq hiss etməkdir. Kişilər üçün isə bacarıqlı, başçı və güclü olduğunu hiss etməsidir.

Kişilər həzzi uğur və nəticə qazanmaqda gördükləri halda, qadınlar paylaşma, dəyər verilməklə yaşayırlar. Bir qadın yoldaşını sevdiyi zaman onun inkişafına yardım etməyə, kişinin əskiklərini tamamlamağa və düzəltməyə çalışar və bu yolda hər fədakarlıq göstərər.
Bu, təbii bir davranışdır. Qadın bunu edərkən yoldaşını qoruduğunu düşündüyü halda, kişi, xanımının onu idarə etdiyini düşünməyə başlayar. Güclü olduğunu sübut etməyə çalışan kişiyə qadın məsləhətlər verdiyi zaman kişi özünü əskik və zəif göründüyünü zənn edər.

Qadın, kişi istəmədiyi halda yol göstərməyə çalışarsa bu, kişidə zəiflik və bacarıqsızlıq duyğusu yaradar. Kişidə, nə edəcəyini bilməyən insan hissini yaradan bir qadın, kişini anlamır deməkdir. Halbu ki, qadın kişiyə özünü yaxşı və güclü hiss etdirərək, “Başçı mənəm!” duyğusunu yaşadarsa o kişiyə çox şey etdirər.

Qadını razı edən duyğular isə, dəstək görmək və dəstək vermək, paylaşmaq, yardımçı olmaq hissləridir. Qadın, kişidən daha çok estetik qayğılara, sevgiyə, ünsiyyətə, gözəlliyə dəyər verir. Sevgi və xoşrəftar onlar üçün daha önəmlidir.
Bir kişinin yarışı qazanmaqdan vəya tərəfini tutduğu komandanın atdığı qoldan aldığı zövqü, qadın yaxınlaşma və paylaşma anında hiss edər. Kişi ondan yardım istədiyi zaman bunu zəyiflik olaraq qəbul etməsi psixoloji mövzulara marağını da azaldar.

Psixoloji yardımı qəbul etməyi zəyiflik kimi qəbul edən kişi, daxili hissləri ilə hərəkət edən bir davranış göstərər. Bu da onun özünə güvənmədiyinin bir işarəsidir.
Bir qadının da kişiyə istəmədən öyüd verməsi tənqid kimi anlaşılır. Kişinin özünü məsul hiss etməsi, problemli, zəif hiss etməsinə imkan vermədən ona öyüd verməyin yolunu bilən qadın, yoldaşı ilə ünsiyyət qurmağı bacarır. 

Kişilər bu yöndən uşaq kimidirlər. Qəbul edildikdən sonra yönləndirilərlərsə düşüncədə yanılmazlar. Həyat yoldaşlarının bir-birlərinə verəcəkləri ən əsas hədiyyə, güvənlərini hissetmələridir. Bu, eyni zamanda qarşımızdakını dəyərləndirmə yoludur. Bir qadın, yoldaşının geyiminin yaraşmadığını gördüyü zaman “Bu sənə yaraşmır” deyərsə kişi özünü bacarıqsız hiss edər. Bunun yerinə “Məncə bunları geyinsən sənə daha çox yaraşar” demək, mənfi düşüncələri uzaqlaşdırar.

Ancaq digər tərəfdəm qadın, fikrini söyləmədiyi zaman özünü işə yaramayan biri kimi hiss edər. Bu məqamda kişi, qadının fikrinə hörmət etməyi bacarmalıdır.
Qadının psixoloji ehtiyacı əsasən, duyğuları anlamaq, ifadə etmək və dəyişdirməkdir. Kişi isə hər zaman çıxış yollarını düşünür və qadının duyğulara verdiyi önəmi diqqətə almır. Qadın da kişinin bu qədər duyğusuz olmasına bir məna verə bilmir.

Ancaq bunun sirri, fərqli genetik quruluşda gizlidir və bu mövzuda göstəriləcək qayğı ilə düzəldilə bilər. Kişinin, qadının duyğularına dəyər verdiyi üçün onu dinləməlidir. Çarələr axtarmağa gərək yoxdur. Kişilərin etdikləri ən böyük yanlış, problem haqqında danışarkən dərhal həll etmək məcburiyyətində olduğunu düşünərək davranmalarıdır.

Halbuki, qadın üçün, düşüncələrinin paylaşılması və yaxınlaşmak, çarədən daha vacibdir. Qadının duyğularını anlamağa çalışan kişinin, onu anlamasa da dinləməsi kifayətdir. Belə davranmağı bacaran bir kişi, xanımının özünü necə təqdir ettiyini heyrətlə görəcəkdir.

Qadın kədərli olduğu zaman kişi onun duyğularını düşünmədən fikirlərini söyləməyə başlar.
Kişi əsəbi olduğu zaman da qadın, yersiz tövsiyələrlə və danlamaqla onun özünü zəif hiss etməsinə səbəb olar. Kişi əslində özünə ağıl verilməsini deyil, olduğu kimi qəbul edilməsini istəyir.
Kədərli olduğu zaman kişinin və qadının beyni fərqli işləyər. Kişi səssiz və yalnız olub, danışmaq yerinə düşünməyə üstünlük verər. Bir çarə tapdığı zaman sükutu pozar. Qadın isə kədərləndiyi zaman problemlərindən danışaraq özünü rahatladar. Kişi, yoldaşının çox danışdığını söylədiyi zaman qadın özünə qarşı laqeydlik hiss edər.

Qadın və kişi bir problemlə qarşılaşdıqları zaman qarşı tərəfin dirəndiyini görürsə özlərinə bu sualı verməlidirlər:  “Zaman və yaxınlaşma forması düzgündürmü?”
Cəld bir düşüncə tərzi ilə bu sualara cavab tapan cütlüklər, daha az xəta edərlər. Qarşı tərəfin duyğularını anlamaq, bu incəliklərin hiss etməklə mümkün olur.

Hörmətə layiq olduğunu hiss edən qadın, məcbur etməz, daha rahat olar. Çox danışmağa da ehtiyac olmaz. Hörmət görmək üçün xüsusi bir mübarizəyə ehtiyacı olmadığına görə hər işə qarışmaqdan uzaq olar. Çünki onsuz da özünü dəyərli hiss edir.
Çox ailələrdə, kişi evə gəldiyi zaman axşam sindromu yaşanır. Kişi evə gələn kimi, yoldaşı ya uşaqlardan ya da başqa bir problemdən şikayət etməyə başlayır.

Kişi o anda yorğun, işdə yaşadığı sıxıntılardan yana əsəbi və halsız olaraq cavab verir. Buna görə də qadınlar problemləri anlatmaq üçün axşam kişilərinin rahatlamasını və sakitləşməsini gözləməlidirlər. 
Cütlüklər bir-birləriylə ünsiyyət qura bilmirlərsə ya da tez-tez dava-dalaş içərisindədirlərsə, etməli olduqları ilk iş bir-birlərinin ünsiyyət dilini öyrənməkdir.
Ailədəki problemlərə son vermək üçün tərəflərdən biri mütləq yumşalmalıdır və münasibətləri düzəltməyə doğru aparmalıdır. Bu mövzuda da toplum olaraq əsasən qadınlar fədakarlıq göstərirlər. “Şirin dil ilanı yuvasından çıxarar” deyirlər. Qadınlar da kişilərin həssas, davaya meyilli olduqlarını nəzərə alaraq bu qabiliyyətlərindən məharətlə istifadə etsələr. həm ailələri xoşbəxt olar, həm də kişilərin qəlbində xüsusi bir məqam tutmuş olarlar.

İslam dinində də ərlə arvadın bir-birinə xoş davranması əsasdır. Yəni, sadəcə qadının ya da kişinin deyil, ikisinin də birbirinə gözəl davranması tövsiyə edilir.

Bütün ailələrin xoşbəxt olması diləyi ilə…

Qeyd: Yazıda Nevzat Tarhanın psixoloji əsərlərindən istifadə olunmuşdur.
Gülnarə Seyidova
Top