İlk dəfə Londona gələn bir adam səhər otelindən çıxıb şəhəri gəzməyi qərara aldı.Yola yeni çıxmışdı ki, birdən ətrafı qalın bir duman aldı. Adam:«Necə olsa birazdan qalxar!» -deyib yoluna davam etdi.Ancaq duman qalxmaq əvəzinə bir az da qalınlaşdı. Bir azdan ətrafı «ağ bir qalınlıq » bürüdü.Geri qayıtmaq istəyəndə isə artıq burnunun ucunu belə görə bilmirdi. Elə bu vaxt naməlum bir şəxs çiyninə toxundu və:
-Sizə nə isə lazımdır?-deyə soruşdu.Adam sanki bunu gözləyirdi və tez :
-Bağışlayın dumanda yolumu azmışam.Otelimə qayıtmaq istəyirəm,-deyə cavab verdi.
Naməlum şəxs:
-Əlinizi mənə verin, oteliniz iki addım yaxınlıqdadır.-dedi və adamı arxasınca aparmağa başladı.Bir qədər sonra bir binanın qarşısına gəldilər.Naməlum şəxs:
-Buyurun buda oteliniz.- dedi.
Adam əvvəlcə dumanın içində üzünü görə bilmədiyi bu şəxsə təşəkkür etdi,sonra da
-Görünür,siz belə dumanlara alışmısınız.Necə oldu ki, yolu tapdınız? -deyə soruşdu.
Naməlum şəxs is bu cavabı verdi:
-Dumanın mənim üçün heç bir əhəmiyyəti yoxdur.Çünki mən koram...
P.S.«Görmək istəməyən insan qədər kor insan yoxdur.» (Conatan Svift)