1. Uşağın suallarına səbrlə və doğru cavab verin.
2. Uşağın suallarını və dediklərini ciddi qəbul edin.
3. Uşağa məxsusi onun işləri üçün otaq və ya bir künc ayırın.
4. Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın.
5. Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin işini bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin.
6. Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin.
7. Uşağa gücü çatan işləri və qayğıları tapşırın.
8. Ona öz planlarını qurmaqda və qərar qəbul etməkdə kömək edin.
9. Ona öz işinin nəticələrini yaxşılaşdırmağa kömək edin.
10. Maraqlı yerlərə gedəndə uşağınızı özünüzlə aparın.
11. Uşağınızın müxtəlif mədəni təbəqələrdən olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin.
12. Onun nöqsanlarını göstərərək başqaları ilə müqayisə etməyin.
13. Uşağınızı alçatmayın, özünüzdən pis olduğunu ona hiss etdirməyin.
14. Uşağınızı sərbəst düşünməyə öyrəşdirin.
15. Sevdiyi məşğuliyyətləri üçün kitablarla, oyunlarla və digər lazım olan əşyalarla uşağı təmin edin.
16. Uşağı əhvalatlar qoşmağa və fantaziyasını işlətməyə həvəsləndirin.
17. Az yaşlarından uşağınızı müntəzəm mütaliyə etməyə həvəsləndirin.
18. Uşağın tələbatlarına diqqətlə yanaşın.
19. Ümumi ailə işlərinin birgə müzakirəsinə uşağı da əclb edin.
20. Səhvlərinə görə uşağınıza gülməyin.
21. Səy və zəhmətinə görə tərifləyin.
22. Müxtəlif yaşlı böyüklərlə ünsiyyətdə olmağı ona öyrədin.
23. Uşağınızı daha çox öyrənməyə, müşahidə etməyə həvəsləndirin.
24. Uşağa ``lazımsız əşyalarla`` oynamağı qadağan etməyin – bu onun təxəyyülünü stimullaşdırır.
25. Problemləri aşkar edib həll etməyə uşağa həvəs oyadın.
26. Uşağı konkret əməllərinə tərifləyin, bunu səmimi edin.
27. Uşağın müzakirə etdiyi mövzulara sərhəd qoymayın.
28. Uşağa sərbəst qəbul etdiyi qərara görə məsuliyyət daşımağa imkan verin.
29. Uşağa şəxsiyyət olmağa kömək edin
30. Maraqlı tele və radio verlişlərini tapmağa kömək edin.
31. Uşağın bacarıqlarını və istedadlarını aşkar edib inkiaşf etdirin
32. Böyüklərə hörməti itirmədən onlardan asılı olmamağı öyrədin.
33. Uşağınızın sağlam şüuruna inanın və ona etibar edin.
34. Çalışın ki, girişdiyi işin əsas hissələrini uşaq özü yerinə yetirsin, hətta mübət nəticəyə tam inamınız olmasa belə
35. Uşağınızın inkişafı ilə bağlı müşahidələrinizi gündəliyə yazın və beləliklə, onun inkişaf prosesini təhlil edin.