Təbii otaq ətirləri

Təbii otaq ətirləri

Bəzən insanlar evlərində arzu etdikləri rahatlığı əldə etmək üçün həddindən artıq çox vaxt sərf etməli olurlar. Bu günün tələbi isə dəbdəbəli dizayn yox insanın özünü rahat hiss edəcəyi, şəxsi və xoş rayihəli bir küncünün olmasıdır. Bu istiqamətdə ata biləcəyiniz addımlar isə olduqca sadədir. Bunun üçün lazım olan yeganə şey bir neçə bankadır. Bir neçə dəqiqə ərzində isə evinizi gözəl ətir bürüyəcəkdir.

Lazım olan ləvazimatlar:

Meyvə səbəti
Mason bankalar
Su
Şam
Soyuducu

Bütün komponentləri, yəni, meyvə, bitki və ədviyyələri mason bankasına tökün və ¾ düyüm boş saxlamaqla üzərinə su əlavə edin. Qapağı bağladıqdan sonra bankaları 1-2 həftəlik soyuducuya qoyun.

Bu mərhələni bitirdikdən sonra, qapağı götürün. Lent və ya hədiyyə yarlığı taxmaqla əl işinizi gözəl hədiyyəyə çevirə bilərsiniz. Üstdən qoyulmuş şam romantik görünüş yaradacaqdır. Xoş ətir saçan alma, darçın və limon qoxusundan isə danışmağa yəqin ki, ehtiyac yoxdur!
Top