Hazırlanması asan və ucuz başa gələn növbəti əl işini sizlərə təqdim edirik. Evdə olan lazımsız taxta əşyalardan qələm qabının hazırlanması olduqca asandır. Bunun üçün sizə dekorativ kağız, yapışqan, taxta parçası və drel lazım olacaq.
Taxta parçasını götürüb (düz bucaq formasında olsa daha gözəl olar) yapışqanın köməkliyi ilə dekorativ kağızı üzərinə yapışdırın. Sonra isə taxta parçasının üzərində dəliklər açın, lakin dreli sona qədər aparmayın. Sonda isə qələmləri drel ilə açdığınız dəliklərə yerləşdirib yazı masanızın üzərinə qoyun. Olduqca gözəl və asan hazırlanan əl işi.