Tropik meyvələrin evdə yetişdirilməsi və saxlanılmasının kreativ yolunu sizinlə paylaşırıq. Sizin görəcəyiniz iş sadəcə olaraq aşağıda göstərilənlərə əməl etməkdir.
İlk növbədə iti bıçaqdan istifadə edərək ananasın üst hissəsini kəsin. Sonra isə ananasın “tacı”nı suya yerləşdirin. İşıqlı yerdə 3 gün saxlamaq zəruridir. Sonra isə suya yerləşdirdiyiniz ananasın kök atmağa başladığını gördükdə onu dibçəyə əkin.
Həftədə maksimum 2 dəfə sulayın. İki ildən sonra isə bitki artıq bar verəcək. Çalışın bitkini sulayarkən normanı aşmayın: ananas həftədə iki dəfə “tacın” ortasından sulana bilər.