Ekoloji faktorlar, genetik xüsusiyyətlər və yaşın artması göz sağlamlığında müxtəlif problemlər yarada bilər. Günümüzdə lazımi proseduralardan əlavə istəyə uyğun lazımi qidalardan da istifadə etmək olar. Bildiyimiz kimi bədənimizin ən əhəmiyyətli orqanlarından biri olan gözləri qorumanın ən asan yolu təbii qidalardan keçir.
Göz sağlamlığı üçün bədəni nizamlı olaraq lazımi vitaminlərlə təchiz etmək vacibdir. Həmin vitaminlərə A, E, C, B2 vitaminləri də daxildir. Omeqa 3 və omega 6 yağ turşuları sink, maqnezium da göz üçün faydalı hesab olunur. Bəzi həblər və vitaminlərin bədəndə yığılaraq müxtəlif xəstəliklərə səbəb ola bilər. Məlumatda həmçinin bildirilir ki, beyin ətrafındakı mayenin artımı və göz sinirinə bu mayenin etdiyi təzyiq görmə itkisi yarada bilər. Bu baxımdan təbii və faydalı qidalardan günlük istifadə etməklə göz sağlamlığının keşiyində durmaq olar.
Göz sağlamlığı üçün faydalı olan qidaları Avropa Göz Qrupunun Səhiyyə Direktoru hesab olunan Prof. Dr. Ömər Kamil Doğananın açıqladığı bildirilir. O, göz sağlamlığı üçün A vitamininin bol olduğu qidaların başında süd məhsulları və bütün qırmızı, yaşıl, narıncı meyvə və tərəvəzləri məsləhət görüb. A vitamininin kafi miqdarda istifadəsinin başda gecə korluğu, olmaq üzrə makula degenerasiyası (sarı nö qtə) və katarakta meydana gəlməsinə səbəb olduğu da deyilir.
Göz sağlamlığına ispanaq, kartof, somon balığı, qırmızı və yaşıl bibər, badam, fındıq, günəbaxan faydalı hesab olunur. Göz ilə əlaqədar hər hansı bir narahatlıq vəziyyətində isə xəstələrin, diaqnoz və müalicə müddətini ən qısa müddətdə yerinə yetirilməsi məsləhət görülür.