Bəzən elə olur ki, ailədə tərəflərdən biri ən adi bir məsələdə belə inad edir. Əslində ilk addımdan hər şeyə sərt reaksiya verməklə mövcud gərginliyi azaltmır, əksinə, artırır. Mütəxəssislər bildirirlər ki, evliliyin ilk aylarında adi bir şeyin ciddi münaqişəyə səbəb olması o qədər də nadir hal deyil.
Ona görə də evliliyin ən azı ilk üç ili sınaq müddəti hesab olunur və statistika göstərir ki, boşanmaların 70 faizindən çoxu məhz bu mərhələdə baş verir.Yersiz qısqanclıq da ailənin təməlini sarsıdır. Əgər xanım hər gün “evə niyə gec gəldin?” “Telefonuma niyə cavab vermədin?”, “məni niyə gəzməyə aparmadın?” kimi suallarla həyat yoldaşını bezdirirsə, əlbəttə ki, qısa bir vaxtda hər şeyin təravəti itir.
Əgər kişi evə gec gəlirsə, qadının bütün şübhələrini gizlətməsi və onu gülərüzlə qarşılaması istər-istəməz öz səmərəsini verir. Araşdırmalar göstərir ki, bəzən gənc xanımlar qısqanclıqları ucbatından həyat yoldaşlarını hövsələdən çıxarır və qorxduqları sonluğu özləri gətirirlər.