Bəs siz hansısınız?

Bəs siz hansısınız?

     Bir ata ilə qızı dərtləşirdi. Qızı həyatında çox çətinlik yaşadığından və bunlarla necə baş edəcəyini bilmədiyini deyirdi  atasına.Atası qızını dinlədikdən sonra  «Gəl, sənə bir şey göstərəcəyəm!» deyib qızını mətbəxə aparır.

     Ata sobaya 3 dənə bərabər böyüklükdə qab qoyur, üçünə də bərabər miqdarda  su tökür  və üçünün də altını eyni miqdarda yandırır. Birinci qaba  kök, digərinə bir ədəd yumurta, digərinə isə də bir ovuc çəkilməmiş qəhvə  tökür. Hər üçünü də tam 20 dəqiqə bişirir.  Masaya iki dənə boşqab və bir dənə boş stəkan qoyur və ilk əvvəl qaynadılmış kökü götürüb bir qaba qoyur. Daha sonra artıq çox bişmiş olan yumurtanı digər  qaba qoyur. Ən sonunda da artıq suda yaxşıca həll olunmuş  qəhvəni də götürüb bir stəkana boşaldır.Sonra qızından  soruşur: «Qızım nə görürsən?»

     Qız cavabında «Kök, yumurta və qəhvə.» Deyir.Ata qızını əlindən tutub masaya yaxınlaşdırır daha yaxından baxmasını və hiss etməsini istəyir.

     Qız masaya yaxınlaşıb «Nə görürəm. Qaynadılmış yumşaq bir kök, artıq bişməktən içi qatılaşmış bir yumurta və bir stəkan qəhvə.Hətta dadı olduqca yaxşıdır»deyir.

     Sonra yenə «Ata, bunu nə üçün mənə göstərirsən?» deyə qız  soruşur. «Bax hamısı eyni ölçülü qabda, eyni temperaturda, eyni dəqiqədə bişdi. Lakin hamısı bu təsirə fərqli reaksiya verdilər.Kök ilk başda bərk  və  güclü idi. Amma qaynadıldıqca yumşaldı hətta gücsüzləşdi. Yumurta çox həssas idi, yüngülcə toxunsan çatlaya bilərdi, amma qaynadıldıqca içi sərtləşdi. Bir ovuc çəkilməmiş qəhvə isə yenə sərt idi,  amma isindikcə içində olduğu suda həll oldu. Ətirlər yaydı, dad yaydı və suyu bənzərsiz dadda bir qəhvəyə çevirdi. „

     “Qızım sən hansısan? Deyə soruşdu ata. Çətinliklərlə qarşılaşdığın zaman necə reaksiya göstərirsən?

     Kök kimi sərt, amma problemlər yaşayanda yumşalan və gücsüzləşən bir insanmısan yoxsa yumurta kimi içi yumşaq, hər an qırıla bilər amma problemlər qarşısında (ölüm, ayrılıq, böhranlar vs.), güclənən və sərtləşən birisənmi?Bəlkə  bir qəhvə dənəsi kimisən?  Əgər sən bu qəhvə dənəsi kimisənsə, ətrafında nə qədər problem olursa olsun, bunları səbrlə həll edə  bilər, ətrafına gözəl dadlar, duyğular bəxş edə bilərsən.

           Bəs siz hansısınız?Kök,yumurta yoxsa qəhvə?

Top