Qadın haqları

Qadın haqları

İslam dinində qadın və kişiyə insan yönümündən yanaşılır. 

Bu barədə Nisa surəsinin 32-ci ayəsində yazılır: 

“ Allahın birinizi digərinizdən üstün tutduğu, birinizə digərinizdən artıq verdiyi şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandiqlarından öz payı vardır “.
Və yaxud Ali-İmran surəsinin 195-ci ayəsində oxuyuruq: “İstər kişi, istərsə də qadın olsun, mən heç birinizin əməlini puça çıxarmaram. Siz hamınız bir-birinizdənsiniz”. Təsadüfi deyil ki, Peyğəmbərimiz (s.ə.s) dünyadan köçən zaman vida xütbəsində buyurmuşdur: “Allahdan qorxun. Sizin qadınlarınız üzərində haqqınız olduğu kimi, qadınların da sizin üzərinizdə haqqı vardır”. Göründüyü kimi, qadınla kişinin hüquqları bərabərləşdirilir.Vaxtilə ərəblər yeni doğulan qız uşağını diri-diri torpağa basdırırdılar. Ərəb kişilərinə “Qızın olmuşdur“ xəbərini verəndə baş götürüb qaçmağa yer axtarırdı. Lakin İslam bunu aradan qaldırdı. Bu haqda Tekvir surəsində qeyd olunur. Görün, Rəsulullah həmin qayda ilə əlaqədar nə deyib: “Qızlarınızdan üz çevirməkdən qorxun. Mən qızların atasıyam”.

Əli Fatiməni istədiyi zaman Peyğəmbərimiz (s.ə.s) əvvəlcə qızının buna razı olub-olmadığını oyrənmişdir. Bu da İslamda qadına necə qiymət verildiyini göstərir. Qadının həyatı heç də evlə məhdudlaşmır. Hər bir qadın ərinin razılığı ilə cəmiyyətin ictimai-siyasi həyatında iştirak edə, bizneslə də məşğul ola bilər. Məlumdur ki, Peyğəmbərimizin (s.ə.s) həyat yoldaşı Xədicə özü ticarətlə məşğul olmuşdur. Həzrəti Məhəmməd (s.ə.s) buyurur: “Qadını dörd şeyə görə alarlar. Mal-dövlətinə, şan-şohrətinə, gözəlliyinə və dininə görə. Sən isə dindar qadın axtar”.

Bir sözlə,  istər kişi, istərsə də qadın daim bir-biri ilə anlaşmağa və yaxşı işlər görməyə çalışmalıdırlar. Nəhil surəsinin 97-ci ayəsində yazıldığı kimi: “Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik".

 

Top