Ananın fəaliyyət sahəsi məhdud ola bilər, lakin onun atanın təsiri ilə birləşmiş təsiri əbədiyyət kimi dəyişməzdir. Xeyirxah təsir bağışlayan ananın qüvvəsi ALLAHIN qüvvəsindən sonra dünyada ən böyük qüvvədir. O, həyatın çətinliklərindən və fəlakətlərindən keçərək, gələcəyə, əbədi həyata doğru can atır.
Ana və övladları incə həyat bağları ilə bir-birinə bağlıdırlar. Övlad atasının deyil, anasının həyatını və nümunəsini daha asanlıqla qəbul edir, çünki onları güclü hisslər birləşdirir.
Ananın düşüncələri və hissləri çox güclü şəkildə irsən uşaqlara keçir. Əgər ana yalnız öz fikirləri üzərində cəmləşirsə, eqoizmə qapılırsa, deyingən və tələbkardırsa, bu, onun uşağının xarakterində də özünü büruzə verəcəkdir. Beləliklə, bir çoxları düzəltmək mümkün olmayan şəkildə şərə meylli böyüyürlər. Ananın yeganə ümidi — ALLAHDIR. O, güc və xeyir-dua üçün ALLAHA müraciət edə bilər; onun səyləri boşa çıxmayacaq.
Səbr. Gün ərzində bir neçə dəfə həyəcanlanmış uşağın qışqırıq səsi eşidilir: «Ana, ana!» Bu səsə cavab vermək üçün ana hər yerdə hazır vəziyyətdə olmalıdır. Əgər uşaq çətin vəziyyətə düşübsə, müdrik ana ona bu vəziyyətdən çıxmaqda kömək etməlidir. Əgər uşaq özünün hansısa yeni kəşfindən razı qalıbsa, istəyir ki, anası da bunu görsün və ümid edir ki, o da buna sevinəcək. Ananın təqdiredici sözləri uzun müddət uşağın ürəyini qızdıracaq.
Ana böyük səxavətlə uşaqlarının üzərinə qiymətli işıq və sevinc yağdıra bilər. O, uşaqlarının ürəklərini özünə o qədər cəlb edə bilər ki, onunla ünsiyyət uşaqlar üçün ən arzuolunan hadisəyə çevrilər.
Lakin çox vaxt əhəmiyyətsiz hadisələr ananın səbrini tükəndirir. Körpələrin nadincliyi ana üçün çox böyük narahatçılıq və çətinlik törədir. Ana özünü ələ almağı yaxşı bacarmalıdır, əks halda onun ağzından əsəbi kəlmələr çıxa bilər. Ana əsəbi vəziyyətdə olan zaman sakitcə ALLAHA müraciət etsə çox yaxşı olar. Bu, onun əsəblərini sakitləşdirər, özünü ələ almaqda, sakitliyi və şəxsi ləyaqət hissini saxlamaqda kömək edər. Kobud sözlərdən uzaq durmaq, hirsi yatırtmaq üçün müəyyən cəhdlər etmək lazımdır, lakin əgər boş-boşuna buraxsan, o, sizin təsirinizin bəhrəsini məhv edə bilər. Yenidən uğur qazanmaq üçünsə uzun vaxt lazım olacaq.
Uşaqlar hər şeyi kəskin surətdə qəbul edirlər və səbirli, sevən səs ahəngini, uşaq qəlbindəki məhəbbəti və bağlılığı yaralaya biləcək acıqlı, sərt əmrdən ayırmağı bacarırlar. Əsəbiliklə, anlama və məhəbbət azlığı ilə uşaqlarınızın sizdən ayrılmasına yol verməyin.
Analar öz ciddi vəzifələrini diqqətdən yayındırmayaraq, aydın şəkildə başa düşməlidirlər ki, onların təsir və nümunələri uşaqların xarakterində və gələcək taleyində əks olunur. Onlar özlərində həqiqi, xeyirxah və gözəl xarakter inkişaf etdirməlidirlər.
Ananın əməyinin həqiqi qiyməti. Hətta qadınlar özləri əməklərini həmişə layiqincə qiymətləndirmirlər. Evdə yerinə yetirilməli olan vəzifələr səbirli cəhdlər, özünüidarə, nəzakət, müdriklik və fədakar məhəbbət tələb edir; lakin yenə də qadın əksər hallarda öz nailiyyətlərilə öyünə bilməz. O, yalnız evin normal intizamını qoruyur. Bəzən o, yorğun və çaşqın halda uşaqlarla mehriban danışmağa, başların qatmağa, onları xoşbəxt etməyə və doğru yola yönəltməyə çalışır. Ona elə gəlir ki, elə də əhəmiyyətli bir işlə məşğul olmur. Lakin bu, belə deyil. Səma mələkləri hər günün qayğılarını çiyinlərində daşıyan yorğun ananın hər addımın izləyirlər. Bu dünyada onun adı yadda qalmaya bilər, lakin ALLAHIN həyat kitabına yazılmışdır.
Öz vəzifələrinizi ləyaqət və sevinclə yerinə yetirin. Yaxşı qurulmuş evdə edilməsi vacib olan işləri alçaldıcı hesab etməyin.
Hansısa başqa işin daha vacib olduğunu düşünə bilərsiniz, lakin ALLAH istəmir ki, siz ərinizi və övladlarınızı diqqətdən məhrum edəsiniz. Uşaqlarınızın nalayiq insanlarla ünsiyyət etməsinə və ürəklərini sizə, analarına qarşı sərtləşdirmələrinə yol verməyin. Bu, hər şeydən əvvəl onları səhv yola aparır. Uşaqlığın ilk illəri əmək, sayıqlıq, dua və hər hansı yaxşı hərəkətin təqdir olunmasını tələb edir. Hansısa digər işə daha çox diqqət yetirərək, siz uşaqlarınızı ALLAHIN görmək istədiyi şəkildə, əbədi həyat üçün tərbiyə edib böyüdə bilməzsiniz. Allah onların qayğısına qalır; siz də bu cür hərəkət etməlisiniz.