Əksər atalar uşaqlarını özlərinə cəlb etmək və onlarla sıx əlaqə yaratmaq imkanlarını əldən buraxırlar. Onlar vaciblik hissindən azad olmalı, bəzi az əhəmiyyətli işlərdə və boş vaxtlarında özünə qapılmadan imtina etməli və uşaqları ilə birləşməlidirlər, onların ürəklərini möhkəm məhəbbət telləri ilə özlərinə bağlayaraq, kiçik xoşagəlməz anlarda onlara dəstək verməlidirlər. İşdən sonra bir müddət vaxtını uşaqlarla keçirmək ata üçün faydalı və xoş olar.
Övladlarının dostu. Oğlan övladı olan ata onları özünə bağlamaq üçün onlarla sıx əlaqədə olmalı, öz həyat təcrübələrini onlarla bölüşməli, onlarla sadə dildə və dostcasına danışmalıdır. Göstərməlidir ki, hər şeyi onlar üçün, onların xoşbəxtliyi üçün edir. Hansı işdə işləməyindən asılı olmayaraq, vaxtını uşaqlarından əsirgəməməlidir. O, onlara həyat verib və onlar üçün Allah qarşısında cavabdehlik daşıyır. öz nadinc uşaqlarını bütünlüklə ananın nəzarəti altına buraxmağa onun haqqı yoxdur. Uşaqlarını tərbiyə edərkən, təmkinli olmaq və onları müdrikliklə idarə etmək ana üçün böyük çətinlik yaradır. Bu halda ata öz üzərinə böyük cavabdehlik gütürməlidir.
Ailə başçısı kimi ata, övladlarının cəmiyyətin faydalı üzvləri olmaları və öz borclarını lazımınca yerinə yetirmələri üçün onları necə tərbiyə etmək lazım gəldiyini bilməlidir. Bu, onun bütün işlərindən daha vacib bir işdir. Uşağın həyatının ilk bir neçə ilində onun xarakterinin formalaşması işi anaya etibar edilmişdir, lakin ana həmişə yadda saxlamalıdır ki, tərbiyə işində ata ilə əməkdaşlıq etməsi vacibdir. Atanın başı iş həyatı və digər məşğuliyyətlərə o dərəcədə qarışmamalıdır ki, öz övladlarının xarakterlərini və ehtiyaclarını öyrənməyə vaxtı qalmasın. O, övladlarına yanaşmağı və hərəsinin öz qabiliyyəti və marağına uyğun məşğuliyyət tapmağa borcludur.
Atalar, bacardığınız qədər çox vaxtınızı uşaqlarınızla keçirin. Qoy sizin ağzınızdan heç vaxt onların etimadını qıra biləcək sözlər çıxmasın. Evinizə qaranlıq gətirməyin. Uşaqlarınızla xeyirxah və nəvazişli davranın, lakin həddindən artıq güzəştə getməyin. Qoy onlar da başqaları kimi kiçik məyusluqların öhdəsindən gəlməyi öyrənsinlər. Onlara bir-birinə hövsələli yanaşmağı, qarşılıqlı etibar və hörməti saxlamağı öyrədin. Nəvazişlə sərtliyi, xeyirxahlıq və rəğbəti qəti məhdudiyyətlə ahəngdar vəziyyətə salın. Boş vaxtlarınızın bir neçə saatını uşaqlarınıza sərf edin və onları daha yaxşı öyrənməyə çalışın; onlarla birlikdə əməklə və idmanla məşğul olun, onların etibarını qazanın. Onlarla, xüsusilə də oğlan övladlarınızla dostluğunuzun qayğısına qalın. Bu yolla siz güclü faydalı təsir göstərmiş olacaqsınız.