Mehriban ana olmağın sirri

Mehriban ana olmağın sirri

Uşaqlar valideyn rəftarının aynasıdır. Bu həssas aynada hər nə görərlərsə, eynisini özləri təkrar edərlər. Bu yolla uşaqlar valideynlərini təqlid edərlər və onu həyatlarında icra edərlər. (Tebyan)
Tədqiqat göstərir ki, o körpələr ki, ananın mehriban ağuşunda olarlar, ancaq cismi qidalanmaz, ruhi cəhətdən də anadan təsirlənərlər. O zaman ki, körpə ananın qucağında olar, anasının ürəyinin səsini eşidər, bu da ona rahatlıq bəxş edər. O analar ki, öz körpələrinə süd vermirlər, körpələrini meylsiz qucaqlarına alarlar, körpə bu zaman ananın bu halından təsirlənər və ruhu zədələnər.Psixoloqlar ana ilə övladın bir-birini ilk gördüyü anı “görüş şövqü” anı adlandırırlar. Bu göz rabitəsi ilə ana ilə körpə arasında səmimi əlaqə yaranar. Bu rabitə anada sevgi və müsbət hisslər oyadar. Mehriban ana olmağın sirri
Əgər ana körpə vaxtı övladına lazımi qədər sevgi və məhəbbət hisslərini aşılaya bilərsə, uşağın ilk ictimai təcrübəsi də müsbət olar. Ananın övladına olan güclü sevgi hissləri bais olar ki, uşaq dünyanı təhlükəsiz və etimad ediləsi hesab etsin. Onun təbii inkişafı və sağlam şəxsiyyəti təmin edilər. Hər bir insanın varlığında həyat enerjisi, imkanları, istedadları gizlənmişdir. Əgər lazımi şərait olarsa, bu güc və istedadlar təbii və sağlam şəkildə inkişaf edər.
Bir uşağın sağlam böyüməsi üçün lazım olan şəraitlər əsasən bunlardan ibarətdir: sevgi və məhəbbət, himayə, kömək, təşviq və yol göstərmək. Əgər bu şəraitlər hazır olarsa, uşaq təhlükəsizlik hiss edər. Öz hiss, əlaqə və arzularını təbii halda inkişaf etdirməsi üçün fürsət əldə etmiş olar. O zaman ki, rahatlıq və təhlükəsizlik hissi möhkəmlənər, heç bir təşviş olmadan öz şəxsiyyətini formalaşdıra bilər. Zati istedadlarından özünü inkişaf etdirmək üçün istifadə edər.
Beləliklə deyə biərik ki, mehriban ana olmaq üçün körpəmizi qucağımıza aldığımız gündən onu sevgi ilə bəsləməli və onun sevgiyə olan ehtiyacını kifayət qədər təmin etməliyik. Çünki körpəmizin şəxsiyyəti dünyaya gələn ilk gündən forlamalaşır.


Mənbə: Deyerler.org
 
 
Top