Bir-birinə kömək edərək

Bir-birinə kömək edərək

      Uşaqlara münasibətdə atanın üzərinə düşən vəzifələri ananın boynuna qoymaq olmaz. Əgər ana öz vəzifələrini ləyaqətlə yerinə yetirirsə, bu, onun üçün kifayətdir. Ata və ana yalnız birlikdə çiyin-çiyinə işləməklə ALLAHIN tapşırdığı işi yerinə yetirə bilərlər.

      Ata özünü uşaqların həyat və əbədiyyət üçün tərbiyəsi işində kənarda tutmamalıdır. O, bu məsuliyyəti ana ilə bölüşdürməlidir. Həm atanın, həm də ananın üzərinə düşən bir sıra vəzifələr vardır. Əgər valideynlər uşaqlarının məhəbbət və hörmət kimi keyfiyyətlərə malik olmasını istəyirlərsə, bir-birlərinə bu cür münasibət bəsləməlidirlər.

      Kişi öz ruhlandırıcı baxışı və nəvazişli sözləri ilə qadını iş və qayğılarında həvəsləndirməli və dəstəkləməlidir. Qadınınızın düşdüyü ziddiyətli vəziyyətlərdən çıxarmaq üçün kömək edin. Sözlərinizi seçərkən ehtiyatlı davranın, özünüzdə gözəl davranış, nəzakət, xeyirxahlıq kimi cəhətləri inkişaf etdirin, zaman keçdikcə əvəzini layiqincə alacaqsınız.

      İşdəki xoşagəlməz halların ailə həyatınızı tutqunlaşdırmasına yol verməyin. Ata nə ilə məşğul olursa olsun, işdə hansı çətinliklərlə qarşılaşırsa qarşılaşsın, evə üzündə təbəssümlə gəlməli, bütün gün ərzində başqaları ilə danışdığı kimi mülayim səslə danışmalıdır. Qadın kişinin dəstəyinə ümid bəsləyə bilirsə, bu, çox yaxşıdır, kişinin mülayim münasibəti ona güc verəcəkdir. 

      Həyat yoldaşları bir-birinin qayğısına qalmalıdırlar. Belə bir tendensiya mövcuddur ki, kişi özünü ailə ocağının idarəçisi kimi deyil, daha çox kirayənişin kimi apararaq, istədiyi vaxt evdən gedə, istədiyi vaxt gələ bilər. Ailə vəzifələri müqəddəs və vacibdirlər. lakin bununla belə ona etinasız yanaşaraq, adəti monotonluqla barışırlar. Əgər heç bir müxtəliflik, dəyişiklik və istirahət yoxdursa, çoxsaylı qayğı və çətinliklər narahatçılıq yaratmağa başlayır. Ümumi mövqeyi heç də çox yüksək olmayan ananın həyatı tükənməz fədakarlıqlarla doludur və əgər ər arvadın payına düşən çətinlikləri başa düşmür və ona dəstək vermirsə, qadının yükü daha da ağırlaşır.

      Kişi öz ailəsinə böyük maraq göstərməlidir. Nəvazişli, sevincli, ruhlandırıcı sözlər ən güclü dərmanlardan daha təsirlidir. Xeyirxah işlərlə və həvəsləndirici sözlərlə ailəyə gətirilmiş xoşbəxtlik və nur sərf olunmuş əməyin yüz qat artığını ödəyir. Ər yadda saxlamalıdır ki, uşaqların tərbiyəsi işinin əsas hissəsi qadının üzərinə düşür, onların təfəkkürünün formalaşması qadından əhəmiyyətli dərəcədə asılıdır. Bu fikir kişidə ən xeyirxah hissləri oyatmalıdır və o, qadının işinin yüngülləşdirilməsi qayğısına qalmalıdır. O, evə əzgin vəziyyətdə gəlməli deyil, əksinə, öz gəlişi ilə evə nur gətirməlidir və qadının ona güvənməsi üçün şərait yaratmalıdır.

      Sərt olmayın. Bir çox ərlər və atalar Yaqubun hekayətindən yaxşı dərs götürə bilərlər. Təcili və çətin səyahətə çıxmaq məcburiyyətində qalmış Yaqub dedi: «Uşaqlarzəifdirlər, yanımda olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri daha bir gün sürsələr, hamısı tələf olar. Mən qabağımda olan qoyun-keçinin və uşaqların yerişinə görə yavaş gedəcəyəm».

     Qoy ağır həyat yolunda ata və ər onunla yola çıxan yaxınının gedə bildiyi şəkildə, «yavaş-yavaş getsin». Pul və hakimiyyət dalınca qaçan dünyada yaşayaraq, o, onunla bərabər getməyə çağırılmış şəxsə təsəlli vermək və dəstəkləmək üçün dayanmağı bacarmalıdır.

     Kişi qadınına mehribanlıq və tükənməz rəğbət göstərərək, kömək etməlidir. Əgər kişi qadınının həmişə gümrah və şən olmasını, evdə parlayan günəş şüalarına bənzəməsini istəyirsə, ona kömək etməlidir. Onun məhəbbətlə izhar olunmuş xeyirxahlığı və nəzakəti qadın üçün qiymətli ruhlandırma olacaq, qadına bəxş etdiyi xoşbəxtlik isə onun öz ürəyinə sevinc və sülh gətirəcək.

      

Top