Ata və Məktəbli oğlu.

Ata və Məktəbli oğlu.

Azadın Allahın varlığını qəbul etməsinin qəribə bir hekayəsi vardır.
Bir gün Azad məktəbdəki sinif yoldaşlarıyla Allahın varlığı barəsində mübahisə etdiktən sonra əsəbi və yorğun halda evə qayıtdı.Ortada heç bi şey yoxkən:
-Bu aləm özü-özünə yaranıb,təbiət və fiziki qanunlarla da dəvam edir.Əgər,Allah var olsaydı biz də görərdik,deyə donquldandı.Atası Azadın bu halına təəccüb etdi və ona:
-Nə deyirsən,ay oğul? Əgər fikirləşsən Allahın varlığını ağlınla da tapa bilərsən.Ətrafımızdakl hər şey Allahın varlığını göstərməyə kifayət deyilmi?-sözü ilə kifayətləndi.
Atası Allahın varlığını  Azada maraqlı bir yolla izah etmək istəyirdi.Azad yatanda onun «Azərbaycan dili» dəftərini açıb bəzi səhifələrini çizib qaraladı.Səhər Azad dəftəri açanda dəftəri görüb əsəbləşdi:
— Mənim dəftərimi kim yazıb?-deyə anasının üstünə qışqırdı.
Anası:
-Bilmirəm ay oğul!-dedi.Atası:
-Bəlkə də sənin qələmin özü çıxıb-dedi.Atasının cavabından razı qalmayan Azad:
-Ata,elə də şey olar?-dedi.
Sonrakı gün Azad yenə səhər duranda ayaqqabısının bir tayını tapmadı.Hər tərəfi axtardıqdan sonra ayaqqabını mətbəxin bir küncündə tapdı və:
-Mənim ayaqqabımı bura kim qoyub?-deyə əsəblə çığırdı.Atası isə sakitcə:
-Özü getmişdir,oğul!-dedi.Azad:
— Ata, ayaqqabını öz ayağımı var?O,necə gedə bilər?MƏnimlə zarafatmı edirsən ?
Bir neçə gün Azad qələmini çox axtardı və lap axırda ayaqqabısının içində tapdı.Dözə bilməyib ağladı və:
-Mənə bunları kim edir?-deyə hirslə səsləndi.Atası,bu dəfə Azada yaxınlaşıb,onu sakitləşdirdi və belə dedi:
-Bax oğlum! Bunların öz-özünə hərəkət edə biləcəyinə və bu işlərin edəni axtarırsan.Həiqətən də elədir.Bu çox asan işlərin belə öz-özlüyünə ola bilməyəcəyi açıq-aydındır.madam ki,heç bir iş özü-özündən əmələ gəlmir,onda bu boyda dünya necə fırlanır,ay dünyamızın ətrafında necə dönür,milyonlarca ildir qüsursuz işləyən bu kainatdakı hadisələrin də bir idarə edəni və ya yaradanı olmalıdır ya yox?Elə bu qüsursuz düzümü Quran və onu idarə edən də Allahdır!-Cavabını verdi.Azad bu izahatdan çox təsirlənib:
-Atacan,indiyə qədər həqiqətən də bu baradə heç fikirləşməmişdim.Məktəbda sinif yoldaşlarımızla mübahisə edəndə bu sözü onlardan eşitmişdim.Fikirləşsəndə özüm nəticəni tapa bilmədim.Mənə bunu öyrətdiyin üçün çox sağol.

Hekayədə gördüyümüz kimi hər bir azyaşlı uşaq belə məqamlara toxunur və Allahın varlığı barəsində bir necə suallar düşünürlər.Biz isə onlara təmkinlə elmi deyil belə qeyri-adi yollarla Allahın varlığını sübut etməyə çalışaq çünki onların beyni bunu dərk etmək üçün hələ tam formalaşmayıb.Bunu bacardıqdan sonra isə övladlarımızı balaca körpələrimizi hələ 8-9 yaşlarından namaza öyrədək uşaq cahil vaxtları hələ oğlan uşağı 16-17 yaşına qədər Allah sevgisiylə böyüsə ana-atasına xeyirli övlad olar..Şəxsən mən belə fikirləşirəm..Diqqətinizə görə təşəkkürlər.

Bu mətn internet aləmində ilk dəfə olaraq KAYZEN.AZ saytında yayımlanır.
Mənbə: Hacı Arif Heydəroğlunun tərtib etdiyi «Dini biliklər» kitabı.
Top